Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU

Kaş ölüm olmayaydı...

Kaş ölüm olmayaydı...

«Ağlama əzizim... Allah belə məsləhət bilib».

Bu sözləri Səkinə * adlı qadına demişdilər. O, maşın qəzasında həlak olan atasının dəfn mərasimində idi.

Bu sözləri ona ailəvi dostu demişdi. Səkinə atasını çox istəyirdi. Həmin adam bunu təsəlli məqsədilə desə də, əslində, Səkinənin yarasına duz səpmişdi. «Onun ölümü heç də məsləhətli deyildi», — deyə o elə hey təkrarlayırdı. İllər sonra Səkinə bu bədbəxt hadisəni bir kitabda qələmə almışdı. Görünür, o, hələ də özünə gəlməmişdi.

Səkinənin hadisəsindən göründüyü kimi, itki ilə barışmaq üçün vaxt lazımdır. Xüsusən də, ölən insan bizə yaxın olubsa. Müqəddəs Kitabda ölüm haqlı olaraq «axırıncı düşmən» adlanır (1 Korinflilərə 15:26). Ölüm çox vaxt gözləmədiyimiz an həyatımıza daxil olub əzizimizi əlimizdən alır. Heç birimiz onun vurduğu zərbədən sığortalanmamışıq. Buna görə də ölümlə, onun fəsadları ilə üzləşəndə nəyi necə edəcəyimizi bilmirik.

Yəqin özünüzə növbəti sualları vermisiniz: Yaxınını itirən insanın özünə gəlməsi üçün nə qədər vaxt lazımdır? İtkiyə necə dözmək olar? Yaslı insana necə təsəlli vermək olar? Ölən əzizlərimizi bir də nə vaxtsa görəcəyik?

^ abz. 4 Ad şərtidir.