Kontentə keç

Mündəricatı göstər

Müqəddəs Kitab vasitəsilə imanınızı yoxlayın

Müqəddəs Kitab vasitəsilə imanınızı yoxlayın

OLA BİLSİN siz Xristian dininə mənsubsunuz. Ümumilikdə bütün dünyada hər üç nəfərdən biri xristiandır. Xristian dininin bu gün minlərlə məzhəbi var və bu məzhəblərin bir-birinə zidd təlim və baxışları mövcuddur. Buna görə də çox ehtimal ki, sizin də inanclarınız digər xristianların inanclarından fərqlənir. Bəs nəyə inandığınız vacibdir? Əlbəttə! Əgər siz Allahı razı salan tərzdə ibadət etmək istəyirsinizsə, nəyə inandığınızı bilməlisiniz.

İsa Məsihin birinci əsrdəki davamçıları «məsihi» kimi tanınırdılar (Həvarilərin işləri 11:26). Onun ilk davamçıları cürbəcür məzhəblərə bölünmədiklərinə görə onları ayırd etmək üçün müxtəlif adlara ehtiyac yox idi. Bu insanlar İsa Məsihin təlim və göstərişlərini yekdilliklə qəbul edirdilər. Bəs sizin mənsub olduğunuz kilsə haqda nə demək olar? Orada deyilənlər Məsihin öyrətdiyi və onun ilk davamçılarının qəbul etdiyi təlimlərlə üst-üstə düşür? Bunu necə bilə bilərsiniz? Yeganə yol imanınızı Müqəddəs Kitabda yazılanlarla yoxlamaqdır.

Bildiyimiz kimi, İsa Məsih Müqəddəs Kitabı Allahın Kəlamı hesab edir, orada yazılanları əziz tuturdu. O, insan ənənələrinə üstünlük verən və Müqəddəs Kitab təlimlərini heçə endirən insanlardan narazı idi (Mark 7:9—13). Buna əsasən, İsa Məsihin əsil davamçısı da inanclarını Müqəddəs Kitaba əsaslandırmalıdır. Odur ki, özünü İsanın davamçısı sayan hər kəs düşünməlidir: «Mənsub olduğum dinin təlimləri Müqəddəs Kitabla üst-üstə düşür?» Bu suala cavab tapmaq üçün məsləhət görürük ki, dininizin öyrətdiklərinə Allahın Kəlamının işığında baxasınız.

İsa Məsih demişdi ki, biz «həqiqətə uyğun» ibadət etməliyik. Həqiqət isə Müqəddəs Kitabdadır (Yəhya 4:24; 17:17). Həvari Bulus da demişdi ki, xilasımız «həqiqət barəsində dəqiq biliyə» yiyələnməyimizdən asılıdır (1 Timutiyə 2:4). Buna görə vacibdir ki, inandığımız şeylərin əsasını Müqəddəs Kitab təşkil etsin. Əks halda, xilas olmağımız sual altında ola bilər!

NECƏ YOXLAYA BİLƏRİK?

Təklif edirik ki, çərçivədəki altı sualı oxuyub Müqəddəs Kitabın bu suallara verdiyi cavaba fikir verəsiniz. Həmçinin sitat gətirilən ayələri oxuyub üzərində düşünün. Özünüzə sual verin: «Dinimin öyrətdikləri Müqəddəs Kitabda yazılanlara uyğun gəlir?»

Bu yolla siz Müqəddəs Kitab vasitəsilə imanınızı yoxlamış olacaqsınız. Bəs dininizin öyrətdikləri digər təlimlərin də Müqəddəs Kitabda yazılanlara uyğun gəlib-gəlmədiyini yoxlamaq istəyərdiniz? Yehovanın Şahidləri bu sahədə sizə böyük məmnuniyyətlə kömək edərlər. Müqəddəs Kitabı pulsuz öyrənmək üçün onlara müraciət edin. Bundan əlavə, Yehovanın Şahidlərinin rəsmi saytı olan jw.org saytını ziyarət edə bilərsiniz.