Kontentə keç

Mündəricatı göstər

ÖLKƏLƏR VƏ XALQLAR | İNDONEZİYA

İndoneziyaya səyahət

İndoneziyaya səyahət

İNDONEZİYA təxminən 17 000 adadan ibarət olan bir ölkədir. Əhalisi çox mehriban, səbirli, nəzakətli və qonaqpərvərdir.

Adətən, indoneziyalıların menyusuna düyü və onun yanında acı ədviyyatlarla hazırlanmış xörəklər, eləcə də meyvə daxildir. Bəzi bölgələrdə ailə ənənəyə uyğun olaraq xalçanın üstündə oturur, əllərilə yeməkdən götürüb, düyü ilə qarışdırıb yeyirlər. Bir çox indoneziyalılara görə, yeməyi belə yeyəndə daha dadlı olur.

Durian — içərisində qaymağabənzər məti olan bir meyvədir. Kəskin qoxusu olsa da, çoxları onu ləzzətlə yeyir

İndoneziyalılar sənətkarlığı, rəqsi və musiqini sevirlər. Anklonq indoneziyalıların milli musiqi alətidir. Bu alət çərçivədən sərbəst vəziyyətdə asılan boş bambuq çubuqlarından ibarətdir. Bu çubuqları elə kökləyirlər ki, alətə vuranda və ya onu silkələyəndə müəyyən nota və ya akkorda uyğun səs çıxartsın. İfa zamanı hər ifaçı öz alətini lazımi vaxtda silkələməlidir ki, melodiya alınsın.

Sumatra və Kalimantanın yağış meşələrində rast gəlinən oranqutan ağacda yaşayan ən iri heyvan sayılır. Erkək oranqutanın çəkisi 90,7 kiloqram, qollarının açıq vəziyyətdə ümumi uzunluğu 2,4 metrdir

Eramızın XV əsrinə kimi İndoneziyada əvvəlcə hinduizm, sonra isə buddizm dini geniş yayılmışdır. Artıq XVI əsrdə islam dini İndoneziya mədəniyyətinə ayaq açdı. Ədviyyatlar sorağında olan avropalılar isə bu torpaqlara ilk qədəmlərini XVI əsrdə qoymuş və özləri ilə birlikdə xristian dinini gətirmişdilər.

Müqəddəs Kitab üzrə ümumdünya maarifləndirmə işi ilə tanınan Yehovanın Şahidləri İndoneziyada 1931-ci ildən bəri fəaliyyət göstərirlər. Hal-hazırda İndoneziyada onların sayı 22 000-dən çoxdur. Burada onlar lal-kar insanlara xoş xəbəri çatdırmaq üçün səy göstərirlər. Bu yaxınlarda Yehovanın Şahidlərinin jest dilində təşkil etdiyi xüsusi yığıncağa — İsa Məsihin ölümünün Xatirə gecəsinə 500-dən çox adam gəlmişdi.

«Oyanın!» jurnalı, İndoneziya dili də daxil olmaqla, 98 dildə çıxır