Kontentə keç

Mündəricatı göstər

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Çəyirtkənin heyrətamiz qulağı

Çəyirtkənin heyrətamiz qulağı

CƏNUBİ AMERİKADA yaşayan kol çəyirtkəsinin (Copiphora gorgonensis) uzunluğu millimetrdən də qısa olan qulağının quruluşu insan qulağına çox bənzəyir. Bu həşərat uzaq məsafədən gələn müxtəlif tezlikli səsləri seçə bilir. Məsələn, o, çəyirtkənin səsi ilə ova çıxan yarasanın ultrasəsini ayırd edə bilir.

ÇƏYİRTKƏNİN QULAĞI

Düşünün. Çəyirtkənin qulaqları ön ayaqlarında yerləşir. İnsan qulağı kimi, çəyirtkənin də qulağı səs dalğasını tutur, dəyişir və səs tezliyini təhlil edir. Amma alimlər bu həşəratın qulağının içində unikal bir orqan — maye ilə kip doldurulmuş uzunsov şara bənzəyən boşluq aşkar etmişlər. Eşitmə qovuqcuğu adı verilən və məməlilərin qulağındakı ilbizdən xeyli kiçik olan bu orqan ilbizin funksiyasını yerinə yetirir. Bu qovuqcuğun sayəsində çəyirtkə heyrətamiz eşitmə qabiliyyətinə sahibdir.

Birləşmiş Krallıqda yerləşən Bristol Universitetinin Biologiya Elimləri Məktəbində işləyən professor Deniel Robertin dediklərinə əsasən, bu kəşf mühəndislərə «təbiətdən ilham alaraq indiyə qədər olanlardan daha kiçik və daha dəqiq qulaq aparatları düzəltməyə» kömək edəcək. Alimlər inanırlar ki, bu həmçinin, tibbi vizualizasiya da daxil olmaqla, ultrasəs mühəndis texnologiyalarının növbəti nəslinin inkişafına töhfə verəcək.

Necə düşünürsünüz? Çəyirtkənin heyranedici eşitmə qabiliyyəti təkamülün nəticəsidir, yoxsa Yaradanın müdrikliyindən xəbər verir?