TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?
Arı şanı
BAL arıları (Apis mellifera) öz şanılarını qarın nahiyəsinin alt hissəsində yerləşən vəzilərdən ifraz edirlər. Arı şanı mühəndislik möcüzəsi hesab edilir. Nəyə görə?
Məlumat. Əsrlərdir riyaziyyatçılar düşünürdülər ki, altıbucaqlı forma ilə, bərabəryanlı üçbucaqdan, kvadratdan və başqa növ formadan fərqli olaraq, daha az material sərf etməklə daha çox yer tutmaq olar. Lakin onlar bunun necə baş verdiyini izah edə bilmirlər. 1999-cu ildə professor Tomas Hals bunun üstünlüyünü artırmaq üçün riyazi araşdırma aparmışdı və onun adını «arı şanı ehtimalı» adlandırmışdı. O göstərmişdi ki, altıbucaqlı forma ərazini minimum güc sərf etməklə bərabər hissələrə bölməyin ən yaxşı üsuludur.
Arılar altıbucaqlı xanaları qurmaqla ixtiyarlarında olan yerdən ən yaxşı şəkildə istifadə edirlər, onlar minimum mum istifadə etməklə yüngül, eyni zamanda möhkəm şan düzəldirlər və orada maksimum bal yığa bilirlər. Buna görə də arı şanının «memarlığın şah əsəri» adlanması heç də təəccüblü deyil.
Alimlər arı şanını tədqiq edərək həm elastik, həm də az yer tutan qurğular hazırlamağa çalışırlar. Misal üçün, aviasiya mühəndisləri daha möhkəm, daha yüngül və yanacağa daha da qənaət edən təyyarələr ərsəyə gətirmək üçün arı şanı modeli əsasında düzəldilmiş panellərdən istifadə edirlər.
Necə fikirləşirsiniz? Belə heyrətamiz quruluşu olan arı şanı təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?