DÜNYADAN XƏBƏRLƏR
Ailələr diqqət mərkəzində
Ailələr çoxlu çətinliklərlə qarşılaşırlar. Ancaq Allahın Kəlamındakı zaman tanımayan hikmət bu problemlərin öhdəsindən müvəffəqiyyətlə gəlməyə kömək edəcək.
Afrika
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, analar təzəcə doğulmuş körpələrini altı ayına kimi ana südü ilə qidalandırmalıdırlar. YUNİSEF-in Şərqi və Cənubi Afrika üçün Regional Qidalanma Məsləhətçisinin dediyinə görə, bu məsləhətə məhəl qoymayan reklamçılar «hazır uşaq yeməklərinin ana südü qədər faydalı olduğunu» iddia edirlər.
MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15).
Kanada
Monreal şəhərindəki tədqiqatçılar müşahidə etmişlər ki, tərbiyəyə və məhəbbətə tarazlı yanaşan valideynlərin övladları ilə müqayisədə tələbkar valideynlərin, yəni sərt qaydalar qoyan və demək olar ki, məhəbbət göstərməyən valideynlərin övladları kökəlməyə 30 faiz daha çox meyillidirlər.
BİLİRSİNİZ? Ən yaxşı valideyn olmağın üsulu Müqəddəs Kitabda əsrlər öncə yazılmışdı (Koloslulara 3:21).
Niderland
Tədqiqatçılar müşahidə etmişlər ki, hər iki valideynin işlədiyi Niderland ailələrində işlə ailə məsuliyyətinə tarazlı yanaşan valideynlər uşaqları ilə daha yaxşı ünsiyyət qururlar, nəinki bu məsuliyyətləri bir-birinə qarışdıran valideynlər. Misal üçün, əgər valideynlər iş vaxtı bitdikdən sonra yenə də evdə işlə bağlı zənglərə cavab verirlərsə, övladlarını ehtiyac duyduqları qayğıdan məhrum etmiş olurlar.
DÜŞÜNÜN: «Hər şeyin öz vaxtı var» (Vaiz 3:1).