Kontentə keç

Mündəricatı göstər

GÖZƏTÇİ QÜLLƏSİ № 1, 2023 | Psixoloji sağlamlıq. Faydalı məsləhətlər

Bütün dünyada milyonlarla insan psixoloji problemlərdən əziyyət çəkir. Təhsilindən, maddi vəziyyətindən, mənşəyindən, dinindən, cavan və ya yaşlı olmasından asılı olmayaraq, hər kəs narahatlıq yaradan simptomlarla mübarizə aparır. Psixi (mental) xəstəliklər nədir və insanlara necə təsir edir? Bu jurnalda düzgün tibbi müalicə almağın vacibliyindən, həmçinin bu cür xəstəliklərdən əziyyət çəkən insanlar üçün Müqəddəs Kitabdakı faydalı məsləhətlərdən danışılacaq.

 

Qlobal psixoloji sağlamlıq böhranı

Mənşəyindən və yaşından asılı olmayaraq psixi pozuntular hər kəsdə ola bilər. Görün Allahın Kəlamında sizin psixoloji sağlamlığınız üçün hansı faydalı məsləhətlər yazılıb.

Allah qayğınıza qalır

Yehova Allah sizin keçirdiyiniz hissləri, düşüncələrinizi hamıdan yaxşı başa düşür. Buna nə üçün əmin ola bilərsiniz?

1 | Dua. «Bütün qayğılarınızı Onun üzərinə qoyun»

Sizcə, insanı narahat edən istənilən problem barədə Allaha dua etmək olar? Dua narahatlıq, təlaş keçirən kəslərə necə kömək edə bilər?

2 | Müqəddəs Kitab təsəlli verir

Müqəddəs Kitabda ümidverici bir xəbər var: çox tezliklə bizə əzab verən hisslərdən birdəfəlik qurtulacağıq.

3 | Qədimdə yaşamış mömin insanların nümunəsi

Müqəddəs Kitabda bizimkinə bənzər hisslər yaşamış kişi və qadınların nümunələri mənfi emosiyalarla mübarizədə özümüzü yalnız hiss etməməyə kömək edə bilər.

4 | Müqəddəs Kitabdan dəyərli məsləhətlər

Görün Müqəddəs Kitabdakı ayələrin üzərində düşünmək və əlçatan məqsədlər qoymaq psixoloji problemlərinizin öhdəsindən gəlməyə sizə necə kömək edə bilər.

Psixoloji problemi olanlara necə kömək edə bilərsiniz?

Kömək təklifiniz psixoloji problemdən əziyyət çəkən dostunuzun vəziyyətini yaxşılaşdıra bilər.