Kontentə keç

Mündəricatı göstər

Yaradan bəndələrini sevir

Yaradan bəndələrini sevir

1. GÜNƏŞİ DOĞURUR

Təsəvvür edirsiniz, Günəş Yer üzünə işıq saçmasaydı, həyat necə olardı? Günəş enerjisi sayəsində ağaclar yarpaqlayır, çiçək açır, mer-meyvə gətirir, toxum verir. Həmçinin bu enerji sayəsində ağacın kökü torpaqdan suyu sovurub yarpaqlara ötürür, oradan da su havaya buxarlanır.

2. YAĞIŞ YAĞDIRIR

Yağış Allahın nemətidir. Bunun sayəsində torpaq bizə qida yetirir. Allah göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qidalar verir, ürəyimizi şadlıqla doydurur.

3. RUZİ-BƏRƏKƏT VERİR

Adətən atalar ailəsinin yemək-içməyi, əyin-başına görə narahat olur. Amma görün Müqəddəs Yazılarda nə deyilir: «Quşlara fikir verin. Onlar nə əkir, nə biçir, nə də anbara məhsul toplayırlar. Bununla belə, sizin göydəki Atanız onları yedizdirir. Məgər siz onlardan qiymətli deyilsiniz?» (Mətta 6:25, 26).

«Zanbaqların necə boy atdığına fikir verin... Bunu bilin ki, heç Süleyman da bütün cah-calalında bunlardan biri kimi geyinməmişdir. Əgər Allah bu gün var olub sabah ocağa atılacaq çöl otunu belə geyindirirsə,.. məgər sizi geyindirməyəcək?» (Mətta 6:28—30).

Əgər Allah bizim ruzimizi, geyimimizi yetirirsə, deməli, başqa zəruri tələbatlarımızı da təmin etməyə kömək edə bilər. Əgər Allahın dediyini etsək, korluq çəkməyək deyə, əlimizin zəhmətinə bərəkət verəcək və ya bizə iş tapmağa kömək edəcək (Mətta 6:32, 33).

Günəşi, yağışı, quşları, çiçəkləri seyr edəndə, məgər, qəlbimiz Allah sevgisi ilə dolmur?! Növbəti məqalədə görəcəyik ki, Yaradan Öz bəndələrilə necə ünsiyyət qurur.