Nəyə görə ailələrdə hörmət qalmayıb?
AİLƏ ÜZVLƏRİNƏ HÖRMƏT GÖSTƏRMƏK NƏYƏ GÖRƏ VACİBDİR?
Ailədə hörmətin olması ər, arvad və uşaq arasında sülhü artırır.
-
Bir kitabda deyilir ki, ər-arvad arasında qarşılıqlı hörmət olanda onlar bir-birilərinə sevgilərini «böyük şeylərlə yox, hər gün kiçik şeylərlə ifadə edirlər» («The Seven Principles for Making Marriage Work»).
-
Tədqiqatlar göstərir ki, başqalarına hörmət etməyi öyrənən uşaqlarda özünəhörmət hissi daha çox olur, valideynləri ilə daha yaxşı yola gedir və psixoloji problemləri nisbətən az olur.
HÖRMƏT GÖSTƏRMƏYƏ SİZƏ NƏ KÖMƏK EDƏ BİLƏR?
Ailəlikcə plan qurun. Birincisi, əmin olun ki, ailə üzvlərinizin hamısı hörmət göstərməyin nə demək olduğunu anlayırlar. İkincisi, ailə üzvlərinizdə görmək istədiyiniz və istəmədiyiniz davranışları yazın. Üçüncüsü, ailəlikcə qurduğunuz planı müzakirə edin ki, hər kəs hörmət göstərmək üçün nə edəcəyini bilsin.
Nümunə qoyun. Ailə üzvləriniz səhvə yol verəndə onları qınayırsınız, rişxənd edirsiniz? Sizinlə danışanda onlara laqeyd yanaşırsınız, yaxud sözlərini kəsirsiniz?
Məsləhət: Həyat yoldaşınızın və uşaqlarınızın hörmətinizi qazanmalı olduqlarını düşünməyin, onlarla bu cür davranmağa borclu olduğunuzu düşünün.
Aranızda fikir ayrılığı olsa da, hörmət göstərin. Fikirlərinizi bölüşəndə ümumi ifadələrdən, məsələn, «sən həmişə...» və ya «sən heç vaxt...» kimi sözlərdən istifadə etməyin. Bu cür ağır tənqidlər ailə üzvlərinizi incidəcək və nəticədə, qarışqadan fil düzəldəcəksiniz.
YEHOVANIN ŞAHİDLƏRİ NECƏ HÖRMƏT GÖSTƏRİR?
Yehovanın Şahidləri insanları ailə üzvlərinə hörmət göstərməyə təşviq edirlər, onlar bunu adətən bu haqda dərc etdikləri məqalələr, kitablar, broşürlər və videolar vasitəsilə edirlər. Bu nəşrləri pulsuz əldə etmək mümkündür.
ƏR-ARVADLAR ÜÇÜN: «Ailələrə kömək» silsilə məqalələri ər-arvadlara kömək edəcək ki,..
-
diqqətli dinləyici olsunlar
-
bir-biriləri ilə ünsiyyətdən qaçmasınlar
-
mübahisə etməsinlər
(jw.org saytında «Ailələrə kömək» başlığındakı silsilə məqalələrə baxın)
VALİDEYNLƏR ÜÇÜN: «Ailələrə kömək» silsilə məqalələri valideynlərə kömək edəcək ki, övladlarına...
-
itaətkar olmağı...
-
ev işlərində kömək etməyi...
-
«zəhmət olmasa» və «çox sağ ol» deməyi öyrətsinlər
(jw.org saytında «Uşaq tərbiyəsi» və «Yeniyetmələrə kömək» başlıqlarındakı silsilə məqalələrə baxın)
Həmçinin «Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1» kitabının «Valideynlərin sualları» adlı əlavəsinə baxın (jw.org saytında «Valideynlərin sualları» əlavəsini tapın).
GƏNCLƏR ÜÇÜN: jw.org saytındakı «Yeniyetmələr və gənclər» bölməsindəki məqalələr, videolar, çalışma vərəqələri gənclərə kömək edəcək ki,..
-
valideynləri və bacı-qardaşları ilə yola getsinlər
-
valideynləri ilə evdəki qaydalar haqda hörmətcil danışsınlar
-
valideynlərinin etibarını qazansınlar
(jw.org saytında «Yeniyetmələr və gənclər» bölməsinə baxın)
jw.org saytından pulsuz istifadə edə bilərsiniz. Heç bir ödəniş, abunəlik, qeydiyyatdan keçmək və şəxsi məlumatlar tələb olunmur.