Kontentə keç

Mündəricatı göstər

Həqiqətənmi, bunu İosif yazıb?

Həqiqətənmi, bunu İosif yazıb?

Birinci əsrdə yaşamış tarixçi İosif Flavi «Yəhudi arxeologiyası»nın 20-ci kitabında «Məsih adlanan İsanın qardaşı Yaqub»un ölümü barədə danışır. Bir çox alimlər bu sözlərin həqiqi olduğuna inanırlar. Bəzi alimlər isə bu kitabda İsa ilə bağlı deyilən başqa bir ifadəyə şübhə ilə yanaşırlar. «Flavinin şahidliyi» («Testimonium Flavianum») adlanan parçada oxuyuruq:

«Elə həmin vaxtlarda İsa adlı müdrik bir insan yaşayırdı, əgər ümumiyyətlə onu insan adlandırmaq olarsa. O, möcüzələr yaratmışdı və həqiqəti məmnuniyyətlə qəbul edən insanların müəllimi olmuşdu. O, həm bir çox yəhudiləri, həm də qeyri-yəhudiləri özünə cəlb edirdi. O, Məsih idi; nüfuzlu insanların təzyiqi altında Pilat onu çarmıxdan asdırdı. Əvvəllər on məhəbbət bəsləyən insanlar indi də onu sevirdilər. Allahdan ilham alaraq bir çox peyğəmbərlərin onun həyatı və möcüzələri haqda xəbər verdiyi kimi, o, üç gündən sonra dirilib onlara göründü. Buna görə özlərini onun adı ilə adlandıran məsihçilər hələ də var» (Uilyam Uiston tərəfindən tərcümə olunan «Josephus—The Complete Works»).

16-cı əsrin sonundan etibarən bu mətnin həqiqət olduğuna inananlarla onu İosifin yazdığına şübhə edənlər arasında qızğın mübahisələr yaranıb. Fransa tarixçisi və klassik ədabiyyatşünası Serj Bardat dörd əsr öncə dolaşıq düşmüş bu mübahisələrin düyününü açmağa çalışmışdı. O, öz tədqiqatlarını «Flavinin şahidliyi — tarixə nəzər salmaqla tarixi araşdırma» adlı kitabına əlavə etdi («Le Testimonium Flavianum—Examen historique considérations historiographiques»).

İosif məsihçi dininə mənsub bir yazıçı deyildi. O, yəhudi tarixşünası idi; lakin onun diskussiyaları İsanın «Məsih» olması ətrafında cəmlənib. Bardet bütün bunları analiz edərək iddia edir ki, bu titulun yazılışı «yunan dilində insan adlarının qarşısında müəyyənlik artiklının istifadə olunma qaydalarına tamamilə» müvafiqdir. Bardet əlavə edir ki, yəhudi və məsihçi dini nöqteyi-nəzərindən «İosifin Xristos terminindən istifadə etməsində qeyri-mümkün heç nə yoxdur», əksinə, bu ipucuna «əhəmiyyət verməməklə tənqidçilər böyük səhvə yol vermişlər».

Bəs hər hansı saxtakar İosifin üslubunu təqlid edərək bu mətnə sonradan əlavələr etməyib ki? Tarixi və mətni sübutlara əsaslanaraq Bardet nəticə çıxarır ki, bu yazı üslubunu təqlid etmək əsil möcüzə olardı. Bunun üçün «qədim dövrlərdə tayı-bərabəri olmayan bir üslubu təqlid etmək qabiliyyəti»nə malik olmaq, başqa sözlə, «ikinci İosif» olmaq gərək idi.

Axı nəyə görə alimlər bu mətnin dəqiqliyinə şübhə edirlər? Problemin kökünü göstərərək Bardet deyir ki, «şübhələr “Testimonium”la bağlıdır — əksər qədim sənədlərdən fərqli olaraq — yalnız ona görə ki, suallar “Testimonium”la bağlı qaldırılmışdı». Bardet demişdi ki, bir çox alimlər, digər tarixi əsərlərdən fərqli olaraq, bu əsərdən daha çox şübhələnirdilər, çünki onların əksəriyyəti İsanın Məsih olduğuna inanmaq istəmirdilər.

Bardetin «Flavinin şahidliyi» əsəri ilə bağlı tədqiqatlarının alimlərin fikrini dəyişib-dəyişməyəcəyini zaman göstərəcək. Bu, ellinist-iudaizm və erkən məsihçi təlimləri üzrə tanınmış mütəxəssis Pyer Zoltreni əmin etmişdi. Uzun illər o, «Testimonium»a əlavələr edildiyini düşünür, hətta onun doğruluğuna inanan insanları lağa qoyurdu. Amma sonradan o, fikrini dəyişdi və buna səbəb kimi Bardetin işini əsas gətirdi. İndi Zoltren qeyd edir ki, «artıq heç kim İosifin bu mətni yazdığına şübhə edə bilməz».

Əlbəttə, Yehovanın Şahidlərinin İsanı Məsih kimi qəbul etmələri üçün daha əsaslı səbəbləri var və bu, Müqəddəs Kitabda yerləşir (2 Tim. 3:16).