ÜZ QABIĞINDA
İnsanlar niyə dua edir?
Siz müntəzəm olaraq dua edirsinizmi? Bir çox insanlar, hətta bəzi ateistlər belə dua edirlər. Görəsən, insanlar nəyə görə dua edirlər? Fransada keçirilən bir sorğuya əsasən, Fransa vətəndaşlarının yarısı «sadəcə özlərini yaxşı hiss etmək üçün» vaxtaşırı olaraq dua edir və ya meditasiya edir. Bir çox avropalılar kimi, onlar da bunu ibadət niyyəti ilə etmirlər. Əksinə, onlar «duanın sakitləşdirici» təsiri olduğunu bildiklərindən dolayı bunu edirlər. Bəzi dindarlar belə ancaq işləri düşəndə Allaha əl açır və gözləyirlər ki, bütün diləkləri dərhal yerinə yetəcək (Yeşaya 26:16).
Bəs siz necə? Sadəcə fikirlərinizdən baş açmaq üçünmü dua edirsiniz? Allaha inanan bir insan kimi, dua etməyin faydasını öz həyatınızda görmüsünüzmü? Yoxsa sizə elə gəlir ki, dualarınız cavabsız qalır? Müqəddəs Kitabı oxusanız görəcəksiniz ki, dua sadəcə sakitləşdirici vasitə deyil, əksinə, Allaha yaxınlaşmaq üçün dəyərli bir ənamdır.