ÜZ QABIĞINDAKI MÖVZU NARAHATÇILIQLAR VƏ ONLARIN HƏLLI
Pul narahatçılığı
İki uşaq atası Pol bölüşür: «Ölkəmizi bürüyən sürətli inflyasiyadan sonra hər şey bahalaşdı və qida çatışmamazlığı yarandı. Biz saatlarla növbədə dururduq, amma növbə bizə çatana kimi artıq heç nə qalmırdı. Aclıqdan insanlar bir dəri, bir sümük qalmışdı, hətta bəziləri əldən düşüb küçənin ortasında yerə yıxılırdılar. Zəruri şeylərin qiyməti beş-on qat artmışdı. Axırda yerli valyutanın dəyəri tamam öldü. Bank hesabım, sığortam, təqaüdüm, hamısı batdı».
Pol başa düşürdü ki, ailəsinin acından ölməməsi üçün hikmətli olmalıdır (Məsəllər 3:21). O deyir: «Mən elektrik xətlərinin quraşdırıcısı və təmirçisi idim. Bununla belə, maaşı az olsa da, hər işə razı idim. Bəziləri mənə pul əvəzinə ərzaq və ya məişət əşyaları verirdi. Əgər biri mənə dörd ədəd sabun verərdisə, onun ikisini istifadə edirdim, ikisini isə satırdım. Bu yolla axırda 40 cücəm oldu. Onları böyüdüb satdım, əvəzində isə yenə 300 cücə aldım. Sonra 50 cücəni 50 kiloqramlıq iki kisə qarğıdalı ununa dəyişdim. Bu kisələrlə həm öz ailəmi, həm də bir neçə başqa ailəni xeyli dolandırdım».
Pol həmçinin başa düşürdü ki, belə vəziyyətdə ən ağıllı hərəkət Allaha güvənməkdir. Həqiqətən də, Allahın buyruqlarını yerinə yetirəndə O, köməyimizə çatır. Gündəlik ehtiyaclarımızla bağlı İsa Məsih demişdi: «Həddindən artıq narahat olmağı qurtarın, çünki... sizin Atanız bunlara ehtiyac duyduğunuzu bilir» (Luka 12:29—31).
Əfsuslar olsun ki, Allahın qatı düşməni Şeytan insanların əksəriyyətini maddiyyat dalınca qaçmaq tələsinə salıb. İnsanlar lazım oldu-olmadı hər şeyə görə narahat olur və əslində ehtiyac duymadıqları şeyləri almaq üçün «özlərini öldürürlər». Çoxları borca girir və borc alanın borc verənə Məsəllər 22:7).
nökər olduğunu öz acı təcrübələrindən görürlər (Bəzi insanlar faciəvi qərarlar verirlər. Pol deyir: «Qonşularımızın çoxu ailələrini, dost-tanışlarını qoyub “yaxşı həyat” sorağında xarici ölkəyə getdilər. Bəziləri hətta qanuni mühacir sənədləri olmadan getmiş və iş tapa bilməmişlər. Çox vaxt onlar polisdən qaçmalı və küçələrdə yatmalı olurdular. Onlar hər şeyi öz bildikləri kimi etdilər. Biz isə Allahın köməyi sayəsində üzləşdiyimiz maddi çətinliklərin öhdəsindən ailəlikcə gəldik».
İSA MƏSİHİN MƏSLƏHƏTİNƏ ƏMƏL EDİN
Pol sözünə davam edir: «İsa peyğəmbər demişdi: “Buna görə də heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir”. Allahdan çox şey istəmirdim, bircə dua edirdim ki, acından ölməyək deyə, bugünlük ruzimizi versin. İsa Məsihin vəd etdiyi kimi, Allah köməyimizə çatdı. Düzü, həmişə hər istədiyimizi ala bilmirdik. Məsələn, bir dəfə növbəyə durmuşdum, ancaq bilmirdim nə satılır. Yaxınlaşanda gördüm ki, qatıq satılır. Mən qatığı heç sevmirəm. Amma bu da yeməkdir, biz həmin gecə elə onu yedik. Şükür Allaha, bütün bu keşməkeşli vaxt ərzində ailəm heç vaxt acqarına yatmayıb *.
Allah söz verir: «Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm» (İbranilərə 13:5).
İndi babat dolanırıq. Amma başımıza gələnlərdən öyrəndik ki, narahatçılığın ən yaxşı dərmanı Allaha güvənməkdir. Yehova * Allahı razı saldığımız təqdirdə O, hər zaman bizim qeydimizə qalacaq. Biz Zəbur 34:8 ayəsindəki: “Dadın, görün necə gözəldir Yehova, Ona sığınan nə bəxtiyardır!” sözlərinin həqiqiliyini öz gözlərimizlə gördük. Bunun sayəsində biz artıq maddi çətinliklərlə üzləşməkdən qoxmuruq.
İndi biz başa düşürük ki, ölməmək üçün insana pul, iş yox, qida lazımdır. Biz Allahın növbəti vədinin gerçəkləşəcəyi vaxtı səbirsizliklə gözləyirik: “Yerdə çörək bol olacaq”. Hələlik isə “yeməyimiz, paltarımız varsa, bunlara qane olacağıq”. Allahın Kəlamındakı növbəti sözlər bizə güc verir: “Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun, çünki Allah deyib: “Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm”. Buna görə də biz cəsarətlə deyirik: “Yehova dayağımdır, əsla qorxmaram”» *.
Polun ailəsi kimi Allahın yolu ilə getmək üçün əsil iman gərəkdir (Yaradılış 6:9). İstər indi, istərsə də gələcəkdə ciddi maddi çətinliklərlə üzləşək, Polun imanından və ağılla davranmasından çox şey öyrənə bilərik.
Bəs narahatçılığımıza ailəmizdəki problemlər səbəb olursa, onda necə?
^ abz. 9 Mətta 6:11, 34 ayələrinə baxın.
^ abz. 10 Müqəddəs Yazılara əsasən, Allahın adı.
^ abz. 11 Zəbur 72:16; 1 Timutiyə 6:8; İbranilərə 13:5, 6 ayələrinə baxın.