Kontentə keç

Mündəricatı göstər

17—23 mart

MƏSƏLLƏR 5

17—23 mart

Nəğmə 122 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. Əxlaqsızlıqdan uzaq durun

(10 dəq.)

Əxlaqsızlıq insana cəlbedici gələ bilər (Ms 5:3; w00-E 15/7 s. 29, abz. 1)

Əxlaqsızlığın acı nəticələri olur (Ms 5:4, 5; w23.06 s. 22—23, abz. 9, 10)

Əxlaqsızlıqdan uzaq durun (Ms 5:8; w15 15/6 s. 15—16, abz. 8—10)

Bir bacı nömrəsini oğlana vermir

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Ms 5:9. Cinsi əxlaqsızlıq ləyaqətin tapdalanmasına necə gətirib çıxarır? (w11 1/4 s. 20, abz. 2)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Ms 5:1—23 (th dərs 5)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(3 dəq.) İCTİMAİ ŞAHİDLİK. Başqa dinə mənsub insanı anma mərasiminə dəvət et və jw.org saytından ona yaxın ərazidə keçiriləcək mərasimi tap (lmd dərs 6, bənd 4).

5. Təkrar söhbət

(4 dəq.) EV-EV TƏBLİĞ. Ötən söhbətinizdə həmsöhbətin anma mərasiminə dəvətnaməni qəbul edib və həqiqətə maraq göstərib (lmd dərs 9, bənd 5).

6. Şagird hazırlamaq

(5 dəq.) lff dərs 16, icmal, təkrar və məqsəd. İsanın evlənib-evlənmədiyini soruşan şagirdə sualına cavab tapmaq üçün necə araşdırma apara biləcəyini göstər (lmd dərs 11, bənd 4).

MƏSİHİ HƏYATI

Nəğmə 121

7. Görüşən zaman əxlaqi təmizliyi qorumaq üçün tədbir görün

(15 dəq.). Müzakirə.

Ümumi götürdükdə, görüşmək bir-birinə qarşı romantik hissləri olan kişi ilə qadının birgə vaxt keçirməsidir. Bura başqalarının yanında, təklikdə, açıq-aşkar, gizli şəkildə, üz-üzə görüşmək, yaxud zəngləşmək və ya mesajlaşmaq daxildir. Biz görüşməyə əyləncə kimi yox, ailə həyatı qurmazdan öncə atılan ciddi addım, tanışlıq mərhələsi kimi baxırıq. Görüşən zaman istər gənc, istərsə də yaşlı insanlar əxlaqsızlığa yol verməmək üçün bəzi sahələrdə necə ehtiyatlı davrana bilərlər? (Ms 22:3).

«Nikaha hazırlıq. I hissə. “Kiminləsə görüşməyə hazıram?” Fraqment» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Nəyə görə insan ailə həyatı qurmağa hazır olmayana qədər görüşməməlidir? (Ms 13:12; Lk 14:28—30)

  • Lilinin valideynlərinin qızlarına kömək etmələrində xoşunuza gələn nə oldu?

Məsəllər 28:26 ayəsini oxuyun. Sonra auditoriyadan soruş:

  • Görüşən cütlük əxlaqsızlığa gətirib çıxaran vəziyyətlərdən qaçmaq üçün nə edə bilər?

  • Nəyə görə yaxşı olardı ki, cütlüklər bir-birlərinə sevgilərini göstərməklə, məsələn, əl-ələ tutmaq və öpüşməklə bağlı müəyyən məqamları birgə müzakirə edib konkret sərhədlər qoysunlar?

Efeslilərə 5:3, 4 ayələrini oxuyun. Sonra auditoriyadan soruş:

  • Görüşən cütlüklər telefonda və ya sosial şəbəkələrdə söhbət edərkən nəyi yadda saxlamalıdırlar?

8. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 3 və dua