Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Valideynlər, övladlarınıza Allahın könlünü şad etməyi öyrədin

Valideynlər, övladlarınıza Allahın könlünü şad etməyi öyrədin

Gənclər Yehovanın gözündə çox dəyərlidir. Uşağınızın ruhani inkişafı və göstərdiyi dözüm Onun nəzərindən yayınmır (1İş 2:26; Lk 2:52). Hətta onlar balaca olsalar da, öz hərəkətləri ilə Yehovanın könlünü şad edə bilərlər (Ms 27:11). Valideynlər övladlarına Yehovanı sevməyi və Ona itaət etməyi öyrədə bilsinlər deyə Yehova təşkilatı vasitəsilə valideynləri lazımi vəsaitlərlə təmin edib.

«DÖZÜMLÜ GƏNCLƏR — ALLAHIN İFTİXARI» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • İllər ərzində Yehova gənclərə necə yol göstərib və öyüd-nəsihət verib?

  • Hal-hazırda valideynlər hansı vəsaitlərdən istifadə edə bilərlər?

  • Gənclər, Yehova sizə hansı vəsaitləri hədiyyə edib və nə üçün?