Kontentə keç

Mündəricatı göstər

2—8 sentyabr

ZƏBUR 79—81

2—8 sentyabr

Nəğmə 29 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. Yehovanın şanlı adını sevin

(10 dəq.)

Yehovanın adına ləkə gətirən əməllərdən uzaq durun (Zb 79:9; w17.02 s. 9, abz. 5)

Yehovanın adını çağırın (Zb 80:18; ijwbv-E məqalə 3, abz. 4, 5)

Yehova Ona itaət edən və adını sevən insanlara bol nemətlər bəxş edəcək (Zb 81:13, 16)

Əməllərimizin Yehovanın adına şərəf gətirməsi üçün Yehovanın Şahidi olduğumuzu gizlətməməliyik

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 79:9. Hansı halda duamız Yehova üçün xüsusi ilə dəyərli olur? (w06 1/8 s. 22, abz. 5)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(1 dəq.) EV-EV TƏBLİĞ. Müqəddəs Kitab dərsi təklif et (lmd dərs 4, bənd 4).

5. Söhbətə başlamaq

(3 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Müqəddəs Kitab dərsi təklif et (lmd dərs 4, bənd 3).

6. Söhbətə başlamaq

(2 dəq.) İCTİMAİ ŞAHİDLİK. Müqəddəs Kitab dərsi təklif et (lmd dərs 3, bənd 3).

7. Təkrar söhbət

(5 dəq.) EV-EV TƏBLİĞ. Əvvəllər Müqəddəs Kitab dərsindən imtina etmiş, lakin həqiqətlə maraqlanan bir nəfərə yenidən dərs keçməyi təklif et (lmd dərs 8, bənd 3).

MƏSİHİ HƏYATI

Nəğmə 10

8. «Mənim adımı müqəddəs tutacaqlar»

(15 dəq.). Müzakirə.

Şeytan Ədən bağında Yehovanın adına böhtan atmağa başladı. O vaxtdan bəri Yehovanın adını müqəddəs tutub-tutmamaq bütün insanların və mələklərin verməli olduğu ən mühüm qərardır.

Gəlin Şeytanın Yehova haqda yaydığı dəhşətli yalanlardan bir neçəsini nəzərdən keçirək. O, Yehovanı qəddar hakim olmaqda ittiham edir (Yr 3:1—6; Əy 4:18, 19). O iddia edir ki, Yehovanın xidmətçiləri əslində Onu sevmir (Əy 2:4, 5). Hətta milyonlarla insanı inandırıb ki, yaşadığımız gözəl dünyanı Yehova yaratmayıb (Rm 1:20, 21).

Bu yalanlar sizə necə təsir edir? Çox yəqin ki, sizdə Yehovanın tərəfini tutmaq istəyi oyanır. Yehova bilirdi ki, xalqı Onun adına bəraət qazandırmaq istəyəcək. (Əşiya 29:23 ayəsi ilə əlaqələndirin.) Bəs siz Onun adına necə bəraət qazandıra bilərsiniz?

  • İnsanlara Yehovanı tanımağa və Onu sevməyə kömək edin (Yh 17:25, 26). İnsanlara Yehovanın mövcud olduğuna dair sübutlar gətirməyə və heyrətamiz xüsusiyyətləri haqda öyrətməyə hazır olun (Əş 63:7).

  • Yehovanı bütün qəlbinizlə sevin (Mt 22:37, 38). Yehovanın əmrlərinə sadəcə sizə fayda gətirdiyi üçün yox, həm də Yehovanı sevindirmək istədiyiniz üçün əməl edin (Ms 27:11).

«Məhəbbət heç vaxt tükənmir. Məktəbdəki pis mühit» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Ariel və Dieqo Yehovanın adını necə müdafiə etdi?

  • Onları Yehovanın tərəfini tutmağa nə təşviq etdi?

  • Onlardan necə örnək götürə bilərsiniz?

9. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 90 və dua