Ön söz
«Vədləri iman və səbirlə miras alanlardan nümunə götürəcəksiniz» (İBRANİLƏRƏ 6:12).
1, 2. a) Bir səyyar nəzarətçi Müqəddəs Kitab personajlarına necə münasibət bəsləyirdi? b) Nəyə görə Müqəddəs Kitab personajları bizə də yaxşı dost ola bilərlər?
«O, MÜQƏDDƏS KİTABDA adı çəkilən insanlar barədə elə danışır ki, sanki, onlarla uzun illərdir dostdur». Bu sözləri yaşlı səyyar nəzarətçinin məruzəsini dinlədikdən sonra bir bacı demişdi. Bacı haqlı idi, çünki qardaş uzun illər idi ki, Allahın Kəlamını araşdırırdı. Odur ki, bu qardaş Müqəddəs Kitabda adı çəkilən mömin insanlar haqqında danışanda adama elə gəlirdi ki, o, onlarla yaxın dostdur.
2 Kim onlarla dost olmaq istəməz?! Siz də onlarla dost ola bilərsiniz. Təsəvvür edin ki, Nuh, İbrahim, İlyas peyğəmbərlə, Rutla, Əstərlə birgə yol gedirsiniz, söhbət edirsiniz, onlarla yaxından tanış olursunuz. Onlar sizin həyatınıza müsbət təsir göstərə bilərlər: sizə gözəl məsləhətlər verə, sizi ruhlandıra bilərlər. (Məsəllər 13:20 ayəsini oxu.)
3. a) Keçmişdə yaşamış iman sahiblərinin bizə hansı köməyi dəyə bilər? b) Hansı suallara cavab tapacağıq?
3 Sözsüz ki, salehlər dirilən vaxt biz bu insanlarla sözün əsil mənasında dost ola biləcəyik (Həv. 24:15). Lakin onlar haqda öyrənsək, artıq indidən onların bizə köməyi dəyə bilər. Həvari Bulus bu barədə yazmışdı: «Vədləri iman və səbirlə miras alanlardan nümunə götürəcəksiniz» (İbr. 6:12). Bu iman sahibləri haqqında öyrənməyə başlamazdan qabaq gəlin həvari Bulusun sözlərindən doğan bir neçə suala cavab tapaq. İman nədir və nə üçün bizə gərəkdir? Allahın keçmişdə yaşamış mömin bəndələrindən necə örnək ala bilərik?
İman nədir və nə üçün bizə gərəkdir?
4. Əksər insanlar iman barədə nə fikirdədirlər və nəyə görə demək olar ki, onlar yanılırlar?
4 İman çox gözəl xüsusiyyətdir. Bu nəşrdə adı çəkilən bütün saleh insanlar imana böyük dəyər veriblər. Bu gün əksər insanlar imanın əslində nə demək olduğunu başa düşmürlər. Onların fikrincə, nəyəsə iman gətirmək üçün dəlil, sübut lazım deyil. Amma onlar yanılırlar. İman sadəlövhlük deyil, sadəcə hiss də deyil. İman inamdan daha böyük məna daşıyır. Sadəlövh olmaq təhlükəlidir, çünki hisslər keçib-gedəndir. Məsələn, Allahın varlığına inanmaq azdır, çünki «cinlər də inanır və qorxularından tir-tir əsirlər» (Yaq. 2:19).
5, 6. a) İmanımız hansı iki şeyə əsaslanır? b) İmanımızın təməli nə dərəcədə möhkəm olmalıdır? Nümunə çəkin.
İbranilərə 11:1 ayəsini oxu.) Həvari Bulus bu ayədə izah edir ki, iman gözlə görünməyən iki şeyə əsaslanır. Birincisi, gözlə görünməyən gerçəkliklərə. Biz ruhani aləmdə olan gerçəklikləri, məsələn, Yehova Allahı, İsa Məsihi və hazırda göydə idarə edən Allahın Padşahlığını görmürük. İkincisi, ümid edilən, amma hələ yerinə yetməyən şeylərə. Misal üçün, biz Allahın Öz Padşahlığı vasitəsilə yer üzündə bərqərar edəcəyi Cənnəti görmürük. Onda elə çıxır ki, bu kimi gerçəkliklərə, ümid etdiyimiz şeylərin həyata keçəcəyinə imanımız əsassızdır?
5 İman sadəlövhlükdən və quru inamdan üstün bir şeydir. Gəlin görək Müqəddəs Kitabda iman sözünə necə tərif verilir. (6 Əsla! Həvari Bulus izah etmişdi ki, əsil imanın möhkəm təməli olmalıdır. O, iman sözünə «ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə əminlik» kəlmələri ilə tərif vermişdi. Yunan dilində onun burada işlətdiyi ifadəni «sahiblik hüququnu təsdiq edən sənəd» kimi də tərcümə etmək olar. Təsəvvür edin ki, kimsə sizə ev hədiyyə etmək istəyir. O, sizə evin sənədini verib deyir: «Bu da sənin təzə evin». Aydın məsələdir ki, siz bu kağızın üstündə yaşamayacaqsınız. Sadəcə o adam demək istəyir ki, bu sənəd evin sizə məxsus olduğuna danılmaz sübutdur: ya bu sənəd, ya ev, ikisi də eyni şeydir. Eynilə imanımızın əsaslandığı sübutlar o qədər inandırıcı, o qədər güclüdür ki, bu sübutlarla imanımız, demək olar, eyni şeydir.
7. Əsil imana nələr daxildir?
7 Beləliklə, əsil iman özünə tutarlı səbəblərdən doğan əminliyi və sarsılmaz inamı daxil edir. Belə əminliyin və inamın təməlində Yehova Allah barədə öyrəndiklərimiz durur. İmandan irəli gələrək biz Allahı özümüzə mehriban Ata bilir və Onun bütün vədlərinin mütləq yerinə yetəcəyinə inanırıq. Amma əsil imana daha çox şey daxildir. İnsana yaşamaq üçün qidalanmaq lazım gəldiyi kimi, imanımızın da ölməməsi üçün onu «qidalandırmalıyıq». İmanımızı əməllərlə yaşatmalıyıq, əks təqdirdə, imanımız öləcək (Yaq. 2:26).
8. Nəyə görə iman çox vacibdir?
8 İman nəyə görə çox vacibdir? Həvari Bulus bu suala gözəl cavab verir. (İbranilərə 11:6 ayəsini oxu.) İman olmadan biz nə Allaha yaxınlaşa, nə də Onun razılığını qazana bilərik. Biz hər bir şüurlu varlığın qarşısında duran ən ali, ən ülvi məqsədə — Yaradanımız Yehovaya yaxınlaşıb Onu şərəfləndirmək məqsədinə çatmaq istəyiriksə, iman mütləqdir.
9. Nədən görünür ki, Yehova Allah imana ehtiyac duyduğumuzu bilir?
9 Yehova Allah bilir ki, bizə iman çox İbr. 13:7). Yaradanımız Kəlamında başqa örnəklərdən də söz açır. Həvari Bulus «böyük şahidlər buludu» — qədimdə yaşamış iman örnəkləri haqqında yazmışdı (İbr. 12:1). İbranilərə məktubun on birinci fəslində onların adı çəkilir. Amma Müqəddəs Kitabda başqa iman sahiblərindən də bəhs olunur. Orada keçmişdə yaşamış imanlı kişi və qadınların həyat tarixçəsi yer alıb. Onların arasında yaşlısı da, cavanı da olub, onlar bir-birindən fərqli həyat yaşayıblar. Bu insanlar imanla ömür sürərək bu allahsız dünyada yaşayan bizlərə gözəl nümunə qoyublar.
gərəkdir. Buna görə də gözəl örnəklər vasitəsilə bizə imana sahib olmağın və onu izhar etməyin yollarını öyrədir. O, məsihi yığıncağına bir örnək kimi səlahiyyətli mömin kişilər bəxş edir. Allahın Kəlamında buyrulur: «Onların imanını örnək götürün» (Başqalarının imanını necə örnək götürə bilərik?
10. İmanlı insanlardan örnək almaq üçün bu kitabı necə mütaliə etməliyik?
10 Kimisə təqlid etmək üçün onu yaxından tanımaq lazımdır. Bu kitabı oxuyarkən görəcəksiniz ki, bu imanlı insanlarla yaxından tanış olmağınız üçün dərin araşdırmalar aparılıb. Siz də eyni şeyi etsəniz, əlavə araşdırmalar aparsanız, çox gözəl olar. Mütaliə zamanı sizdə olan vəsaitlərin köməyilə Müqəddəs Kitabın dərinliklərinə varmağa çalışın. Oxuduğunuz şeylər barədə düşünün, Müqəddəs Kitabda yazılan əhvalatın baş verdiyi məkanı və dövrü xəyalınızda canlandırın. Özünüzü əhvalatın içində təsəvvür edin: mənzərələri görməyə, səsləri eşitməyə, qoxuları duymağa çalışın. Ən əsası personajların hisslərini başa düşməyə çalışın. Özünüzü bu iman sahiblərinin yerinə qoysanız, onlar sizin üçün daha real, daha yaxın olacaq, hətta sizə elə gələcək ki, onlardan bəziləri ilə uzun illərin dostusunuz.
11, 12. a) Siz İbrahim peyğəmbər və Sara ilə necə dost ola bilərsiniz? b) Hənnənin, İlyas peyğəmbərin və İşmuilin əhvalatı sizə nədə kömək edə bilər?
11 Siz onları tanıdıqca onlara bənzəmək istəyəcəksiniz. Tutaq ki, siz hansısa təyinat barədə düşünürsünüz. Yehova təşkilatı vasitəsilə hər birimizi xidmətimizi genişləndirməyə səsləyir. Bəlkə də, sizə təbliğçilərə ehtiyac olan əraziyə köçməyi təklif edirlər. Yaxud heç vaxt iştirak etmədiyiniz və sizə çətin görünən xidmət növündə iştirak etməyə dəvət almısınız. Xidmətinizi genişləndirmək barədə dua edib fikirləşərkən yaxşı olardı ki, İbrahim peyğəmbəri yadınıza salasınız. O və arvadı Sara Urdakı rahat həyatı qoyub getməyə razı oldular və nəticədə Allahdan bol-bol nemətlər aldılar. Siz də onlar kimi davransanız, onları daha yaxından tanıyacaqsınız.
12 Həmçinin yaxın adamınız sizinlə pis rəftar
edirsə, bu da sizi ruhdan salırsa, hətta yığıncağa belə, getmək istəmirsinizsə, onda Hənnəni yada salın. O, günüsü Fəninənin əlindən əzab çəkirdi. Amma bu, onu ibadətdən saxlamırdı. Onun əhvalatı sizə düzgün qərar verməyə kömək edəcək. Beləcə, Hənnə sizin yaxın dostunuz olacaq. Əgər özünüzü lazımsız hiss edirsinizsə, onda İlyas peyğəmbərin əhvalatını oxuyun. Onun düşdüyü bəla barədə, Yehova Allahın ona necə təsəlli verdiyi barədə oxuyanda özünüzü peyğəmbərə daha yaxın hiss edəcəksiniz. Məktəb yoldaşlarının pis təsirinə məruz qalan gənclər isə İşmuillə dostlaşa bilərlər. İşmuil kahin Əlinin oğullarının müqəddəs çadırda törətdikləri murdar əməllərə uymamışdı.13. Mömin insanları təqlid etməyimiz imanımızın Yehova Allahın gözündə dəyərsiz olduğunu göstərir? İzah edin.
13 Müqəddəs Kitabda adı çəkilən mömin insanların imanını təqlid etməyimiz o demək deyil ki, bizim imanımız Yehova Allahın gözündə dəyərsizdir. Unutmayaq ki, Allahın Kəlamı bizi imanlı insanları təqlid etməyə çağırır (1 Kor. 4:16; 11:1; 2 Salon. 3:7, 9). Üstəlik, bu nəşrdə adı çəkilən insanların bəziləri də özlərindən əvvəl yaşamış imanlı insanlardan örnək almışlar. Məsələn, on yeddinci fəsildə Məryəmin sözləri yazılıb. Görünür, o, Hənnənin sözlərini sitat gətirmişdi. Bundan onun Hənnəyə örnək kimi baxdığı görünür. Bu, heç də Məryəmin imanının zəif olduğuna dəlalət etmir. Hənnənin nümunəsi Məryəmə iman sahibi kimi yetişməyə kömək etmişdi. Bunun sayəsində o, Yehova Allahın yanında özünəməxsus ad qazanmışdı.
14, 15. Bu kitabın hansı üstün cəhətləri var və bu kitabdan necə istifadə edə bilərik?
14 Bu nəşr hər birimizə imanımızı gücləndirməyə kömək edəcək. Bu kitab 2008—2013-cü illərdə «Gözətçi qülləsi» jurnalında çap olunan «Onların imanını təqlid edin» rubrikasındakı məqalələrin toplusudur. Lakin burada yeni məlumatlar da yer alıb. Fəsillərdəki məlumatları müzakirə etmək və tətbiqini öyrənmək üçün hər fəsildə suallar var. Habelə bu kitab üçün rəngli və dolğun şəkillər hazırlanıb. Əvvəlki şəkillər isə böyüdülüb və yenidən işlənilib. Bu kitabın digər üstün cəhətləri də var. Məsələn, bura xəritə və zaman xətti əlavə edilib. «İman örnəkləri» kitabı şəxsi mütaliədə, ailəvi ibadətdə və yığıncaqda araşdırmaq üçün nəzərdə tutulub. Ailəlilər bu kitabda yazılan əhvalatları birlikdə oxuya bilərlər.
15 Arzu edirik ki, bu kitab sizə Yehova Allahın keçmişdə yaşamış sadiq bəndələrinin imanını örnək götürməyə, səmavi Atamız Yehova Allaha yaxınlaşmağa və güclü imana sahib olmağa kömək etsin!