GÜRCÜSTAN | 1924—1990
Gürcü dilində Müqəddəs Kitab
MÜQƏDDƏS KİTABIN ilk tərcümə olunduğu dillərə arami, kopt, latın və digər dillərlə yanaşı gürcü dili də daxildir. Dörd Müjdənin, Bulusun yazdığı məktubların və Zəburun qədim gürcü əlyazmaları eramızın V əsrinin ortalarına və daha öncəki dövrə aiddir. Növbəti əsrlər ərzində Müqəddəs Kitabın gürcü dilinə tərcüməsi və nəşri artdı, buna görə də hal-hazırda Müqəddəs Kitabın gürcü dilində bir neçə tərcüməsi mövcuddur *.
Müqəddəs Kitab gürcü xalqının ədəbiyyatına və adət-ənənəsinə güclü təsir edib. Misal üçün, ehtimal ki, beşinci əsrin sonlarına yaxın yazılmış şahzadə Şuşanikin əzabları haqqında olan əsərdə Müqəddəs Kitabdan müxtəlif sitatlar gətirilir və oradakı təsvirlərdən istifadə edilir. Yazıçı Şota Rustaveli tərəfindən 1120-ci ildə yazılmış «Pələng dərisi geymiş pəhləvan» («Vepxvistqaosani») adlı epik əsərdə gürcü xalqına məsihi dəyərləri aşılanır. Yazıçı orada əsl dostluq, səxavət, qəriblərə məhəbbət və bu kimi digər mövzulara müraciət edir. Bu əxlaq dəyərlərini gürcü xalqı indiyə kimi uca tutur.
^ abz. 3 Ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2013-cü il 1 iyun sayının «Əsrlərlə gizlədilmiş xəzinə» adlı məqaləsinə (rus.) baxın.