Kontentə keç

Mündəricatı göstər

GÜRCÜSTAN

Sevgi sərhəd tanımır

Sevgi sərhəd tanımır

BİR ailə Sanel adlı qızlarının dünyaya gəlməsini gözləyirdi. Lakin həkimlər valideynlərə bildirmişdi ki, uşağın vəziyyəti yaxşı deyil və əgər dünyaya gəlsə də, səhhətində ciddi problemlər olacaq. Təəssüf ki, belə də oldu. Yenicə dünyaya gözünü açan körpəni elə ilk gündən əməliyyat etmək lazım idi. Amma bu ailə Abxaziyada — Gürcüstandan ayrılıb müstəqilliyini elan etmiş bir ərazidə yaşayırdı, orada isə qan köçürmədən əməliyyat edəcək cərrah yox idi.

Sanelin valideynləri Xəstəxanalarla əlaqə komitəsinə * müraciət etdilər. Komitədəki qardaşlar tez bir zamanda Gürcüstanın paytaxtı Tbilisidə bir cərrah tapdılar. Ancaq Sanelin anası doğuşdan sonra hələ tam sağalmadığı üçün Tbilisiyə gedə bilmədi. Buna görə də belə qərara gəldilər ki, uşağı xəstəxanaya Yehovanın Şahidi olan nənələri aparsın.

Xüsusi diqqət tələb edən bu əməliyyat uğurla başa çatdı. Bundan bir müddət sonra Sanelin nənələri bu sözləri yazmışdılar: «Xəstəxanada iyirmi gündən çox qaldıq. Bu vaxt ərzində gürcü bacı-qardaşlar bizə baş çəkir və kömək əllərini uzadırdılar. Onlar canıyananlıq göstərirdilər. Bacı-qardaşların göstərdikləri məhəbbət haqqında çox oxumuşduq, indi isə özümüz bunun şahidi olduq».

^ abz. 4 Gürcüstanda Xəstəxanalarla əlaqə komitəsində çalışan qardaşlar qan köçürmədən əməliyyat etməyə razı olan 250 cərrahla əlaqə yaradıblar.