10-CU SUAL
Müqəddəs Kitab mənə necə kömək edə bilər?
SƏN NƏ EDƏRDİN?
Belə bir səhnəni təsəvvür et: Davud maşınla tanımadığı bir ərazidən keçir. Küçələrdəki yazılara və ətrafdakı binalara baxanda başa düşür ki, yolu azıb. Yəqin haradasa səhv istiqamətə dönüb.
Davudun yerində olsaydın, nə edərdin?
DAYAN VƏ FİKİRLƏŞ!
Bir neçə seçimin var:
-
Kimdənsə yolu soruşmaq.
-
Xəritədən və ya GPS-dən istifadə etmək.
-
Birtəhər yolu tapacağına ümid edərək yoluna davam etmək.
Aydın məsələdir ki, C variantı elə də işə yaramır.
Ən yaxşı variant B variantıdır. Çünki xəritə və GPS əlinin altındadır və sənə yolu tapmağa kömək edir.
Müqəddəs Kitab da sənə eynən kömək edə bilər.
Ən geniş yayılmış nəşr olan bu kitab sənə növbəti sahələrdə kömək edə bilər:
-
problemlərin öhdəsindən gəlməyə
-
özünü tanımağa və yaxşı insan olmağa
-
xoşbəxt həyat yaşamağa
HƏYATİVACİB SUALLARA CAVAB
Dil açan gündən başlayırıq suallar verməyə.
-
Səma niyə mavidir?
-
Ulduzlar nədən düzəlib?
Sonra yaşadığımız dünya haqqında suallar veririk.
Əgər bu sualların cavabı Müqəddəs Kitabda çoxdan verilibsə, onda necə?
Bəziləri deyir ki, Müqəddəs Kitab rəvayət və əfsanələrlə doludur, o köhnəlib ya da çox qəlizdir. Bəlkə problem Müqəddəs Kitabda yox, insanların bu kitab haqda yanlış təsəvvürlərindədir? Ola bilsin, onların bu kitab haqda məlumatı yoxdur?
Misal üçün, çox adam elə bilir ki, Müqəddəs Kitabda bəşəriyyəti Allahın idarə etdiyi yazılıb. Axı bu, necə olar bilər? Dünya idarəolunmaz hala düşüb. Yer əzab-əziyyətlə, xəstəlik və ölümlə, yoxsulluq və fəlakətlərlə doludur. Məgər məhəbbətli Yaradan bizə bu acıları yaşadar?
Bu sualların cavabını tapmaq istəyərdin? Müqəddəs Kitabda deyilənlər səni təəccübləndirəcək!
Gördüyün kimi bu broşürdəki məsləhətlər Müqəddəs Kitaba əsaslanıb. Yehovanın Şahidləri olan bizlər köməyi məhz Müqəddəs Kitabda axtarırıq. Çünki oradakı «hər kəlmə Allahdandır və təlim, tənbeh, islah üçün... faydalıdır» (2 Timutiyə 3:16, 17). Səni bu qədimi, eyni zamanda müasir kitabı araşdırmağa təşviq edirik.