Elm və «Yaradılış» kitabı
Bir çoxları iddia edir ki, elm Müqəddəs Kitabda yaradılış haqqında yazılan məlumatı təkzib edir. Əslinə qalsa, elmə zidd gedən Müqəddəs Kitab yox, xristian fundamentalistlərin təlimləridir. Bu qruplardan bəziləri yanlış olaraq iddia edirlər ki, Müqəddəs Kitaba əsasən bütün fiziki varlıqlar təxminən 10 000 il əvvəl, hər biri 24 saatdan ibarət 6 gün ərzində yaradılıb.
Lakin bu fikir Müqəddəs Kitabda öz təsdiqini tapmır. Əgər belə olsaydı, son yüz il ərzində edilmiş bir çox elmi kəşflərdən bu kitabın dəqiq və etibarlı olmadığı görünərdi. Müqəddəs Kitabı dəqiq araşdırsaq, onun elmi faktlara zidd getmədiyini görə bilərik. Buna görə də Yehovanın Şahidləri xristian fundamentalistlərlə və bir çox kreasionistlərlə eyni fikirdə deyillər. Aşağıda yazılanlar Müqəddəs Kitabın bu mövzu barədə əslində nə öyrətdiyini göstərir.
«Yaradılış» kitabında Yerin və Kainatın sadəcə bir neçə min il əvvəl, hər biri 24 saatdan ibarət altı gün ərzində yaradıldığı deyilmir
«Başlanğıc» nə vaxt olmuşdur?
Müqəddəs Kitabda yaradılış haqqında məlumat sadə, eyni zamanda güclü sözlərlə başlayır: «Başlanğıcda Allah göyü və yeri yaratdı» (Yaradılış 1:1). Müqəddəs Kitabı tədqiq edən bir çox alimlər razılaşırlar ki, bu sözlər 3-cü ayədən başlayaraq təsvir olunan yaradılış günlərində baş verən hadisələrə aid deyil. Bundan mühüm bir nəticə ortaya çıxır. Müqəddəs Kitabın bu ilk sözlərinə əsasən planetimiz də daxil olmaqla, bütün Kainat yaradılış günləri başlamazdan öncə qeyri-müəyyən vaxt ərzində artıq mövcud idi.
Geoloqlar hesab edirlər ki, Yer kürəsinin 4 milyard yaşı var və astronomların hesablamalarına əsasən, Kainat 15 milyard ildir ki mövcuddur. Ehtimal ki, gələcəkdə bu hesablamalar daha dəqiq olacaq. Bəs onlar Müqəddəs Yazıların Yaradılış 1:1 ayəsində yazılan sözlərə zidd gedir? Əlbəttə ki, yox. Müqəddəs Kitabda göyün və yerin dəqiq yaşı göstərilmir. Buna görə də elm gətirilən ayənin sözlərini təkzib etmir.
Yaradılış günləri nə qədər davam edib?
Görəsən, yaradılış günləri nə qədər çəkib? Onların hər biri 24 saatdan ibarət idi? Bəziləri düşünür ki, əgər «Yaradılış» kitabını qələmə alan Musa peyğəmbər sonralar şənbə gününü təsis etmək üçün əsas kimi altı yaradılış günündən sonrakı yeddinci günə istinad edirdisə, deməli, bu günlərin hər biri 24 saata bərabər olmalıdır (Çıxış 20:11). Bəs bu fikir «Yaradılış» kitabında yazılanlara uyğun gəlir?
Yaradılış 2:4). Bundan əlavə, birinci yaradılış günündə «Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı» (Yaradılış 1:5). Burada ibrani dilindən «gündüz» kimi tərcümə olunan «gün» sözü altında 24 saatlıq zaman kəsiyinin yalnız bir hissəsi nəzərdə tutulur.
Heç də yox. Məsələ bundadır ki, «gün» kimi tərcümə olunan qədim ibrani sözü yalnız 24 saata bərabər vaxtı yox, həmçinin müxtəlif vaxt kəsiyini də bildirə bilər. Məsələn, Musa 6 yaradılış gününün hamısını bir «gün» kimi qələmə almışdı (Belə isə, bu yaradılış günləri əslində nə qədər davam edib? Müqəddəs Kitabda bu haqda heç nə deyilmir. Lakin «Yaradılış» kitabının 1 və 2-ci fəsillərində yazılanlardan belə nəticəyə gəlmək olar ki, bu, uzun müddət davam edən zaman kəsiyində baş verib.
Altı yaradılış dövrü
Musa peyğəmbər «Yaradılış» kitabını ibrani dilində və yerdən müşahidə edən insanın nöqteyi-nəzərindən qələmə almışdı. Bunu, eləcə də yaradılış dövrləri və ya günləri başlanmazdan öncə Kainatın artıq mövcud olduğunu nəzərə alsaq, yaradılışa dair Müqəddəs Kitabdakı məlumatla bağlı yaranan ziddiyyətlər, demək olar ki, tamamilə aradan qalxır. Nəyin əsasında belə qənaətə gəlmək olar?
«Yaradılış» kitabının ilk iki fəslini diqqətlə nəzərdən keçirsək, görərik ki, bir «gün»də başlamış hadisələr növbəti «gün»də və ya «gün»lərdə də davam edirdi. Məsələn, ilk yaradılış «gün»ü başlamazdan öncə günəş artıq yaradılmışdı, amma, ola bilsin, qalın bulud örtüyünə görə işıq hələ yerə çatmırdı (Əyyub 38:9). Birinci «gün» ərzində bu maneə seyrəldikcə dağınıq işıq atmosferi yararaq yerə çatmağa başladı a.
İkinci «gün» atmosfer, ehtimal ki, yavaş-yavaş təmizlənməyə davam edirdi, beləliklə, qalın, sıx buludlarla okean arasında qübbə və ya boşluq əmələ gəlməyə başladı. Dördüncü «gün» atmosfer o dərəcədə təmiz oldu ki, «göydə» günəş və ay peyda oldu (Yaradılış 1:14—16). Başqa sözlə desək, onlar yerdə olan insanın nəzərindən görünməyə başladı. Bütün bunlar tədricən baş verdi.
«Yaradılış» kitabında həmçinin qeyd olunur ki, beşinci «gün» atmosfer təmizləndikcə «qanadlı məxluqlar» peyda olmağa başladı. «Qanadlı məxluqlar» kimi tərcümə olunan qədim ibrani sözü altında, həmçinin uçan həşəratlar və pərdəqanadlı varlıqlar da nəzərdə tutulur.
Müqəddəs Kitabda hər yaradılış «gün»ünün və ya dövrünün təsvir olunma tərzi bütün bu işlərin birdən yox, tədricən görüldüyü, yaxud, ola bilsin, onlardan bəzilərinin növbəti yaradılış günlərində də davam etdiyi qənaətinə gəlməyə imkan verir b.
Növlərinə görə
Bəs bitki və heyvanların tədricən yaranması müxtəlif növ canlı orqanizmləri yaratmaq üçün Allahın təkamüldən istifadə etdiyini göstərir? Sözsüz ki, yox. Müqəddəs Kitabda konkret olaraq deyilir ki, Yaradılış 1:11, 12, 20—25). Ayrı-ayrılıqda hər növ bitki və hər cins heyvan ətraf mühitə uyğunlaşmaq bacarığı ilə yaradılmışdı? Hər «növ»ün sərhədini nə müəyyən edir? Müqəddəs Kitabda bu haqda heç nə deyilmir. Amma orada yazılıb ki, canlı varlıqlar «cinsinə görə» yaradılıb (Yaradılış 1:21). Bu onu göstərir ki, onların müxtəlifliyi «növ»ləri və «cins»ləri ilə məhdudlaşır. Həm paleontoloji məlumatlar, həm də müasir elmi tədqiqatlar uzun müddət ərzində əsas bitki və heyvan kateqoriyalarının cüzi dəyişikliyə məruz qaldığını təsdiq edir.
Allah bütün bitki və heyvanların əsas «növ»lərini və «cins»lərini yaratmışdı («Yaradılış» kitabındakı məlumat bəzi dini fundamentalistlərin fikirləri ilə uzlaşmır. Orada Kainatın, eləcə də canlı varlıqlarla dolu Yer kürəsinin qısa müddət ərzində, nisbətən yaxın keçmişdə yaradıldığı deyilmir. Əksinə, «Yaradılış» kitabında Kainatın və yer üzündə həyatın yaranması haqqında məlumat müasir elmi tədqiqatlarla üst-üstə düşür.
Fəlsəfi düşüncələrinə görə bir çox alimlər Müqəddəs Kitabın həyatın Allah tərəfindən yaradıldığı fikri ilə razılaşmırlar. Qədimdə Musa peyğəmbər tərəfindən qələmə alınan «Yaradılış» kitabında deyilir ki, Kainatın başlanğıcı olub və həyat uzun müddət ərzində, tədricən və mərhələli şəkildə yaradılıb. Maraqlıdır, görəsən, təxminən 3500 il əvvəl yaşamış Musa bunları haradan bilirdi? Bunun ancaq bir məntiqli izahı var: bu məlumatlar Öz gücü və müdrikliyi ilə göyü və yeri yaradan tərəfindən verilmişdi. Bu bizi bir daha əmin edir ki, Müqəddəs Kitabdakı «hər kəlmə Allahdandır» c (2 Timutiyə 3:16).
Lakin sizdə sual yarana bilər: Müqəddəs Kitabda yaradılış haqda deyilənlərə inanıb-inanmamağın əhəmiyyəti var? Bunun vacib olduğunu göstərən bəzi əsaslı səbəblərə diqqət yetirin.
a Birinci «gün»də baş verən hadisələrin təsvirində qədim ibrani dilindən «işıq» kimi tərcümə olunan «ór» sözü istifadə olunur və bu sözün altında adi işıq nəzərdə tutulur. Amma dördüncü «gün»ü təsvir etmək üçün qədim ibrani sözü olan «maór» sözü işlənilir və «işıq mənbəyi» kimi tərcümə olunur.
b Məsələn, altıncı yaradılış «gün»ü ərzində Allah insanlara buyurmuşdu: «Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun» (Yaradılış 1:28, 31). Lakin bu buyruq hətta növbəti «gün» başlayana qədər hələ də icra edilməmişdi (Yaradılış 2:2).
c Əlavə məlumat üçün Yehovanın Şahidlərinin jw.org saytında yerləşən «Müqəddəs Kitabın doğruluğuna necə əmin ola bilərik?» adlı videoya baxın.