Kontentə keç

Mündəricatı göstər

Təqib

Təqib

Məsihilər təqiblə üzləşəndə nəyə görə təəccüblənmirlər?

Təqiblə üzləşəndə nəyə görə Yehovadan kömək istəməliyik?

Zb 55:22; 2Kr 12:9, 10; 2Tm 4:6—18; İb 13:6

  • Müqəddəs Kitab əhvalatı:

    • 1Pd 19:1—18. İlyas peyğəmbər təqiblə üzləşəndə Yehovaya üz tutdu, Yehova da ona təsəlli verib dəstək oldu

    • Hv 7:9—15. Qardaşları Yusifi təqib etdi, amma Yehova Yusifə sədaqət göstərib həm onu, həm də onun vasitəsilə ailəsini xilas etdi

Hansı təqiblərlə üzləşirik?

Təhqir

2Sm 36:16; Mt 5:11; Hv 19:9; 1Bt 4:4

  • Müqəddəs Kitab əhvalatı:

    • 2Pd 18:17—35. Rəbsaq Aşşur padşahının adından danışaraq Yehovanı təhqir etdi və Yerusəlimdəki əhaliyə istehza ilə yanaşdı

    • Lk 22:63—65; 23:35—37. İsa həbsdə və işgəncə dirəyində olanda düşmənləri onu təhqir edib istehza ilə yanaşdılar

Qohumlar tərəfindən təqib

Həbs edilib dövlət məmurlarının qarşısına çıxarılmaq

Fiziki zorakılıq

İzdihamın hücumu

Qətl

Məsihilər təqiblə üzləşəndə nə etməlidirlər?

Mt 5:44; Hv 16:25; 1Kr 4:12, 13; 1Bt 2:23

  • Müqəddəs Kitab əhvalatı:

    • Hv 7:57—8:1. İzdihamın hücumuna məruz qalıb ölən Stefan Allaha yalvardı ki, onu təqib edənlərə, eləcə də tarslı Şaula mərhəmət göstərsin

    • Hv 16:22—34. Həvari Bulus döyülüb zindana atılmasına baxmayaraq, gözətçiyə xeyirxahlıq göstərdi və beləcə, həm gözətçi, həm də ailəsi məsihi oldu

Birinci əsrdəki bəzi məsihilərin başına nə gəlmişdi?

Təqiblərə necə yanaşmalıyıq?

Təqiblər zamanı gələcəyə olan ümidimiz necə artır?

Nəyə görə imkan verməməliyik ki, təqiblər bizi utandırsın, qorxutsun, ruhdan salsın və Yehovaya xidmətdən əlimizi soyutsun?

Zb 56:1—4; Hv 4:18—20; 2Tm 1:8, 12

  • Müqəddəs Kitab əhvalatı:

    • 2Sm 32:1—22. Zalım padşah Sinaxeribin hücumuna məruz qalan Hizqiyyə padşah Yehovaya güvəndi, xalqı ruhlandırdı və buna görə Yehova onu mükafatlandırdı

    • İb 12:1—3. Düşmənləri İsanı rüsvay etmək istəyirdilər, amma o, təqiblərə baxmayaraq, heç bir halda ruhdan düşmədi

Təqiblərlə üzləşməyin hansı müsbət nəticələri ola bilər?

Təqiblər zamanı dözüm göstərəndə Yehovanı razı salırıq və Onun adını şərəfləndiririk

1Bt 2:19, 20; 4:12—16

  • Müqəddəs Kitab əhvalatı:

    • Əy 1:6—22; 2:1—10. Əyyub başına gələnlərin Şeytandan olduğunu bilməsə də, Allahdan üz döndərmədi, əksinə, Onu şərəfləndirərək Şeytanın yalançı olduğunu sübut etdi

    • Dn 1:6, 7; 3:8—30. Hənaniyyə (Sədrah), Müsail (Misah), Əzriya (Abidnağu) Yehovaya sadiq qalıb amansız şəkildə ölməyə razı idilər; nəticədə, bütpərəst padşah Navuxodonosor hamının qarşısında Yehovanı ucaltdı

Təqib olunmağımızın sayəsində insanlar müjdəni eşidə bilərlər

Lk 21:12, 13; Hv 8:1, 4

  • Müqəddəs Kitab əhvalatı:

    • Hv 11:19—21. Sürgün olunan məsihilərin təqib olunmağı sayəsində müjdə aləmə yayıldı

    • Fp 1:12, 13. Həvari Bulus sevinirdi ki, onun həbs olunması sayəsində çoxları müjdəni öyrənə biliblər

Təqiblər qarşısında göstərdiyimiz dözüm dindaşlarımızı möhkəmləndirə bilər

Sadiq insanların təqib olunmasında din xadimlərinin və siyasətçilərin hansı rolu var?

Ər 26:11; Mr 3:6; Yh 11:47, 48, 53; Hv 25:1—3

  • Müqəddəs Kitab əhvalatı:

    • Hv 19:24—29. Efesdə büt düzəldən bəzi insanlar məsihilərin çatdırdığı müjdəyə görə müştərilərinin azaldığını görəndə onları təqib etdilər

    • Qt 1:13, 14. Məsihi olmazdan əvvəl Bulus (Şaul) Yəhudi dininin təəssübkeşi idi və buna görə də o, yığıncaqları təqib edirdi

Yehovanın xidmətçilərini təqib edənlərin arxasında kim durur?