Kontentə keç

Mündəricatı göstər

DƏRS 4

Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»

Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»

Konqo (Kinşasa)

Ruanda

Eramızın III—IV əsrinə aid Simmakus fraqmenti. Zəbur 69:31 ayəsində Allahın adı

Uzun illər ərzində Yehovanın Şahidləri Müqəddəs Kitabın müxtəlif tərcümələrini dərc etmiş və paylamışlar. Lakin sonralar aydın oldu ki, yeni tərcüməyə ehtiyac var. Çünki Allah hər kəsin «həqiqət barəsində dəqiq biliyə» yiyələnməsini istəyir (1 Timutiyə 2:3, 4). Beləcə, 1950-ci ildən etibarən Müqəddəs Kitabın müasir dilə tərcümə olunmuş ayrı-ayrı hissələri dərc edilməyə başladı. Bu, Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» adlanır və 130-dan çox dilə çevrilmiş dəqiq tərcümədir.

Allahın Kəlamı müasir dilə tərcümə olunmalı idi. Bildiyimiz kimi, vaxt keçdikcə dil dəyişir. Buna görə də həmin dövrdə Müqəddəs Kitabda işlənən bir çox sözlər artıq köhnəlmiş və çətin başa düşülürdü. Həmçinin Müqəddəs Kitabın daha dəqiq qədim əlyazmaları aşkar edilmişdi. Bu əlyazmalar Müqəddəs Kitabın yazıldığı dilləri — qədim ibrani, arami və yunan dillərini aydın başa düşməyə kömək edirdi.

Allahın Kəlamı dəqiq tərcümə olunmalı idi. Allahın Kəlamını tərcümə edənlər onun orijinal mətninə sadiq qalmalıdırlar. Ancaq əfsuslar olsun ki, Allahın müqəddəs adına əksər tərcümələrdə rast gəlinmir.

Allahın Kəlamının tərcüməsi Allaha şərəf gətirməlidir (2 İşmuil 23:2). Müqəddəs Kitabın lap qədim əlyazmalarında Allahın adına, Yehova adına təxminən 7000 dəfə rast gəlinir. Nümunə üçün aşağıdakı şəklə baxa bilərsiniz. Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ndə də Allahın adı orijinal mətndə olduğu kimi öz əksini tapdı (Zəbur 83:18). Allahın fikirlərini dəqiqliklə ifadə edən gözəl bir tərcümə ərsəyə gəldi. Bəli, illər uzunu sürən tədqiqatlar öz bəhrəsini verdi. Lakin ola bilsin, sizin doğma dilinizdə hələ ki Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» yoxdur. Bununla belə, yaxşı olardı ki, hansı tərcümədə olursa-olsun, Yehova Allahın Kəlamını hər gün oxuyasınız (Yuşə 1:8; Zəbur 1:2, 3).

  • Nəyə görə Yehovanın Şahidləri Müqəddəs Kitabı tərcümə etməyə başladılar?

  • Allaha yaxınlaşmaq üçün hər gün nə etməliyik?