Əşiya 13:1—22
13 Amuz oğlu Əşiyanın+ Babilə qarşı vəhydə aldığı hökm:+
2 «Dağda, çılpaq qaya üzərində nişan qoyun.+
Onları səsləyin, əl eləyin,Gəlib əsilzadələrin qapılarından girsinlər.
3 Mən seçdiyim* döyüşçülərə əmr verdim.+
Vüqarla sevinən igidlərimiQəzəbimi tökmək üçün çağırdım.
4 Eşidin! Dağlardan izdiham səsi gəlir!
Sanki, böyük bir xalqın səsidir bu.
Eşidin! Bir yerə toplaşmış səltənətlərin,+Xalqların gurultusudur bu.
Ordular Allahı Yehova cəng üçün ordu toplayır.+
5 Onlar uzaq bir ölkədən,+Göylərin qurtaracağından gəlirlər.
Yehova və Onun qəzəb silahlarıBütün ölkəni viran etmək üçün gəlir.+
6 Fəryad edin! Yehovanın günü yaxındır!
Sonsuz Qüdrət Sahibindən məhv günü olacaq o.+
7 Buna görə bütün əllər aşağı düşəcək,Hər kəsin qorxudan ürəyi əriyəcək.+
8 Hamı təlaş içindədir.+
Onları sancı tutub, qıc olublar,Doğan qadına bənzəyirlər.
Dəhşətlə bir-birilərinə baxırlar,Əzabdan sifətləri pörtüb.
9 Budur! Yehovanın amansız günüHiddətlə, odlu-alovlu qəzəblə gəlir ki,Ölkəni viran qoysun,+Bütün günahkarları oradan yox etsin.
10 Göydəki ulduzlar, bürclər+ işıldamayacaq. Günəş qara doğacaq, Ay nurunu saçmayacaq.
11 Mən dünyanı yamanlığına görə,+Şər adamları təqsirlərinə görə mühakimə edəcəyəm.
Məğrurların qürurunu sındıracağam,Zalımların təkəbbürünü alçaldacağam.+
12 İnsan oğlu xalis qızıldan,Bəşər oğlu Ofir qızılından+ da nadir olacaq.+
13 Bunun üçün göyü silkələyəcəyəm;Ordular Allahı Yehovanın qəzəbi coşan günOnun hiddətindən yer məhvərindən titrəyəcək.+
14 Qovulan ceyran kimi, çobansız sürü kimiHər kəs öz xalqının yanına qayıdacaq,Hər kəs öz ölkəsinə qaçacaq.+
15 Kim ələ keçsə, bədəni deşiləcək,Kim yaxalansa, qılınc ağzına veriləcək.+
16 Övladları gözü qabağında parça-parça ediləcək,+Evləri talan ediləcək,Arvadları zorlanacaq.
17 Gümüşü heç sayan,Qızıldan zövq almayan madalıları+Onların üstünə qaldıracağam.
18 Oxları cavanları yerə sərəcək.+
Uşağa rəhm etməyəcəklər,Bətnin bəhrəsinə yazıqları gəlməyəcək.
19 Səltənətlərin tacı,Kəldanilərin qüruru, ehtişamı olan Babil+Allahın dağıtdığı Sədum və Əmurə kimi olacaq.+
20 Orada heç vaxt insan yaşamayacaq.
Nəsillər gəlib-keçəcək, kimsə orada məskunlaşmayacaq.+
Ərəb orada çadır qurmayacaq,Çobanlar orada sürülərini dincəltməyəcək.
21 Orada vəhşi heyvanlar dincələcək,Evlərinə bayquşlar doluşacaq,Orada dəvəquşular məskunlaşacaq,+Çöl keçiləri* hoppanıb-düşəcək.
22 Qala bürclərində ulaşan heyvanlar,Cah-calallı saraylarında çaqqallar ulayacaq.
Onun vaxtına az qalıb, ömrü uzadılmayacaq».+