Ərəmya 28:1—17

  • Ərəmya və saxta peyğəmbər Hənaniyyə (1—17)

28  Həmin il, Yəhuda padşahı Sidqiyyənin+ hakimiyyətinin başlanğıcında, dördüncü ilin beşinci ayında gibyonlu+ Azzur oğlu Hənaniyyə peyğəmbər Yehovanın evində kahinlərin və xalqın önündə mənə dedi:  «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Mən Babil padşahının boyunduruğunu qıracağam.+  Babil padşahı Navuxodonosorun bu yerdən Babilə apardığı Yehovanın evinin əşyalarını iki ilin içində geri gətirəcəyəm.+  Yəhuda padşahı Yəhyakim+ oğlu Yəkunyanı, Babilə sürgün edilən əsirləri+ bura geri qaytaracağam,+ — bəyan edir Yehova, — Mən Babil padşahının boyunduruğunu qıracağam”».  Ərəmya peyğəmbər Yehovanın evində duran bütün camaatın və kahinlərin önündə Hənaniyyə peyğəmbərə cavab verdi.  Ərəmya peyğəmbər ona dedi: «Amin! Təki Yehova belə eləsin. Təki Yehova peyğəmbərlik etdiyin sözləri həyata keçirsin, əsirliyə aparılmış xalqı, Yehovanın evinin əşyalarını Babildən geri gətirsin!  Amma indi qulaq as, gör sənə və xalqa nə deyirəm.  Səndən, məndən çox-çox əvvəl yaşamış peyğəmbərlər də çoxlu ölkələrin, böyük səltənətlərin üzərinə müharibə, fəlakət və mərəz gələcəyini peyğəmbərlik etmişlər.  Əgər bir peyğəmbər əmin-amanlıq olacağını deyirsə və sözü düz çıxırsa, onda məlum olur ki, bu peyğəmbəri, doğrudan da, Yehova göndərib». 10  Onda Hənaniyyə peyğəmbər Ərəmya peyğəmbərin boynundan boyunduruğu çıxarıb qırdı.+ 11  Sonra camaatın önündə dedi: «Yehova belə deyir: “Babil padşahı Navuxodonosorun xalqların boynuna taxdığı boyunduruğu iki ilin içində bax beləcə çıxarıb qıracağam”».+ Bundan sonra Ərəmya peyğəmbər çıxıb getdi. 12  Hənaniyyə peyğəmbər Ərəmya peyğəmbərin boynundan boyunduruğu çıxarıb qırandan sonra Ərəmyaya Yehovanın sözü nazil oldu: 13  «Get, Hənaniyyəyə söylə ki, Yehova belə deyir: “Taxta boyunduruğu qırdın,+ indi onun yerinə dəmir boyunduruq düzəldəcəksən”. 14  Çünki İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Bütün bu xalqların boynuna dəmir boyunduruq keçirəcəyəm, hamısı Babil padşahı Navuxodonosora qulluq edəcək, bəli, onlar ona qulluq edəcək.+ Vəhşi heyvanları da ona verəcəyəm”».+ 15  Sonra Ərəmya peyğəmbər Hənaniyyə+ peyğəmbərə dedi: «Hənaniyyə, mənə qulaq as, səni Yehova göndərməyib. Sənə görə bu xalq yalana inanır.+ 16  Buna görə Yehova deyir: “Budur, səni yer üzündən yox edirəm. Elə bu il öləcəksən. Çünki xalqı Yehovaya qarşı qaldırırsan”».+ 17  Hənaniyyə peyğəmbər həmin il, ilin yeddinci ayında öldü.

Haşiyələr