Korinflilərə birinci məktub 6:1—20

  • Məsihi qardaşlar arasında çəkişmələr (1—8)

  • Allahın Padşahlığına girməyəcək adamlar (9—11)

  • Bədəninizlə Allahı şərəfləndirin (12—20)

    • Əxlaqsızlıqdan qaçın (18)

6  Aranızda birinin digəri ilə çəkişməsi olanda+ o, müqəddəslərin yanına getmək əvəzinə, necə cürət edib məhkəməyə, imansızların yanına gedir?  Məgər bilmirsiniz ki, dünyanı müqəddəslər mühakimə edəcəklər?+ Siz dünyanı mühakimə edəcəksiniz, ancaq xırda işlərin qabağında acizsiniz?  Məgər bilmirsiniz ki, biz mələkləri mühakimə edəcəyik?+ Elə isə, onda nəyə görə bu həyata aid məsələləri özümüz həll etməyək?  Ancaq əgər həll ediləsi işləriniz varsa,+ nəyə görə yığıncağın bəyənmədiyi adamları hakim seçirsiniz?  Bunları sizi utandırmaq üçün deyirəm. Məgər qardaşlar arasında hakimlik etmək üçün aranızda bircə nəfər də hikmətli adam yoxdur?  Ancaq iş gör nə yerə çatıb ki, qardaş qardaşı məhkəməyə çəkib aparır, özü də imansızların qabağına!  Əslində, bir-birinizlə çəkişməyiniz artıq sizin məğlubiyyətiniz deməkdir. Çəkişməkdənsə, niyə də haqsızlığa qatlaşmayasınız?+ Sizə fırıldaq gəlsələr də, nəyə görə buna dözməyəsiniz?  Siz isə haqsızlıq edirsiniz, fırıldaq gəlirsiniz, özü də kimə, qardaşlarınıza!  Məgər bilmirsiniz ki, saleh olmayanlar Allahın Padşahlığına girməyəcəklər?+ Aldanmayın. Nə əxlaqsızlar*,+ nə bütpərəstlər,+ nə zinakarlar,+ nə kişi fahişələr*,+ nə kişibazlar,+ 10  nə oğrular, nə tamahkarlar,+ nə içki düşkünləri,+ nə təhqiramiz danışanlar, nə də soyğunçular Allahın Padşahlığına girməyəcəklər.+ 11  Sizlərdən də bəziləri belə idi. Ancaq siz Allahımızın ruhu ilə və Ağamız İsa Məsihin adı ilə yuyulub təmizləndiniz,+ müqəddəs edildiniz,+ saleh sayıldınız.+ 12  Hər şeyi etməyə haqqım var, ancaq hər şey faydalı deyil.+ Hər şeyi etməyə haqqım var, ancaq nəyinsə məni idarə etməsinə yol vermərəm. 13  Yemək qarın üçün, qarın da yemək üçündür, lakin Allah onların hər ikisini yox edəcək.+ Bədən də əxlaqsızlıq üçün yox, Ağamız üçündür,+ Ağamız da bədən üçündür. 14  Allah Öz gücü+ ilə Ağamızı diriltdiyi+ kimi, bizi də dirildəcək.+ 15  Məgər bilmirsiniz ki, hər birinizin bədəni Məsihin bədəninin üzvüdür?+ Belə isə, Məsihin bədəninin üzvünü götürüb fahişənin bədəninə calamaq heç mənə yaraşar? İraq olsun! 16  Yoxsa bilmirsiniz ki, fahişə ilə yaxınlıq edən onunla bir bədən olur? Axı Allah belə deyir: «İkisi bir bədən olacaq».+ 17  Ağamızla birləşən isə onunla bir vəhdət təşkil edir*.+ 18  Əxlaqsızlıqdan qaçın.+ İşlənən digər günahlar bədəndən xaricdə işlənir, lakin əxlaqsızlıqla məşğul olan öz bədəninə qarşı günah işləyir.+ 19  Məgər bilmirsiniz ki, sizin bədəniniz Allahdan gələn+ və sizdə olan müqəddəs ruh üçün bir məbəddir?+ Siz özünüzə məxsus deyilsiniz,+ 20  çünki baha qiymətə alınmısınız.+ Buna görə də bədəninizlə+ Allahı şərəfləndirin.+

Haşiyələr

Yaxud qeyri-təbii cinsi əlaqə üçün istifadə edilən kişilər.
Hərfən: bir ruh olur. Ruh burada Ağa ilə həmfikir olmaq mənasında işlədilib.