Korinflilərə ikinci məktub 13:1—14

  • Yekun xəbərdarlıqlar və nəsihətlər (1—14)

    • «İman yolunda olub-olmadıǧınızı daima yoxlayın» (5)

    • Düşüncənizi düzəldin; həmfikir olun (11)

13  Artıq üçüncü dəfədir, yanınıza gəlməyə hazırlaşıram. «Hər iddia iki, ya da üç şahidin dili ilə təsdiq olunmalıdır».+  İndi sizdən uzaqda olsam da, elə bilin ki, yanınıza ikinci gəlişimdir. Əvvəllər günah işləmiş adamları və başqalarını qabaqcadan xəbərdar edirəm: əgər yenə gəlsəm, rəhm etməyəcəyəm.  Çünki siz Məsihin mənim vasitəmlə danışıb-danışmadığına sübut axtarırsınız. Məsih sizinlə rəftarda zəif deyil, əksinə, qüdrətlidir.  Düzdür, o, zəif ikən dirəkdə edam edildi, lakin Allahın gücü sayəsində indi sağdır.+ Məsih o vaxt zəif olduğu kimi, biz də indi zəifik, lakin Allahın sizdə fəaliyyət göstərən gücü sayəsində+ onunla birlikdə yaşayacağıq.+  İman yolunda olub-olmadığınızı daima yoxlayın, özünüzü sınayın.+ Yoxsa İsa Məsihin sizinlə vəhdətdə olduğunu dərk etmirsiniz? Əlbəttə, əgər Allahın rəğbətini itirməmisinizsə.  Ümidvaram ki, Allahın bizdən razı olduğunu başa düşəcəksiniz.  Allahdan diləyirik ki, siz səhv etməyəsiniz. Bizim üçün əsas şey başqalarının rəğbətini qazanmaq deyil. Diləyimiz odur ki, başqalarının yanında qiymətimiz olmasa da, siz düzgün davranasınız.  Biz həqiqətin əleyhinə heç nə edə bilmərik, nə etsək, həqiqətin xeyrinə edə bilərik.  Biz zəif, siz isə güclü olanda həmişə sevinirik və dua edirik ki, lazım olan sahələrdə düzələsiniz. 10  Buna görə də bunları sizdən uzaqda olarkən yazıram ki, yanınıza gələndə Ağanın mənə verdiyi ixtiyardan istifadə edib sizinlə sərt davranmayım. Axı o, mənə sizi yıxmaq yox, möhkəmləndirmək səlahiyyəti verib.+ 11  Nəhayət, qardaşlar, bundan sonra da sevinin, düzəlməyə çalışın, sizə verilən təsəllini qiymətləndirin,+ həmfikir olun,+ aranızda mehribanlıq olsun.+ Onda məhəbbət və sülh Allahı+ sizinlə olacaq. 12  Bir-birinizi saf öpüşlə salamlayın. 13  Bütün müqəddəslər sizə salamlarını göndərirlər. 14  Ağamız İsa Məsihin lütfü, Allahın məhəbbəti və aldığımız müqəddəs ruh hamınıza yar olsun.

Haşiyələr