Məsəllər 10:1—32
10 Süleymanın məsəlləri.+
Ağıllı oğul atasını sevindirər,+Axmaq oğul isə anasına dərd olar.
2 Haram yolla yığılan xəzinə xeyir gətirməz,Salehlik isə ölümdən qurtarar.+
3 Yehova salehi ac qoymaz,+Amma pislərin arzusunu gözündə qoyar.
4 Tənbəl əllər sahibini yoxsulluğa salar,+Çalışqan əllərsə sərvət gətirər.+
5 Ağıllı oğul yayda məhsul yığar,Biçin vaxtı yatan oğulsa rüsvayçıdır.+
6 Saleh adam camaatın rəğbətini qazanar,+Şər adamın dili qəddarlığı ört-basdır edər.
7 Saleh alqışla xatırlanar,+Şər adamınsa adı it-bat olar.+
8 Müdrik ürək sahibi nəsihəti qəbul edər,+Səfeh-səfeh danışan ayaqlar altda qalar.+
9 Kamillik yolu ilə yeriyən dinc yaşayar,+Əyri yolları tutan ifşa olar.+
10 Hiylə ilə göz vuran əzab gətirər,+Səfeh-səfeh danışan ayaqlar altda qalar.+
11 Salehin dili həyat çeşməsidir,+Şər adamın dili qəddarlığı ört-basdır edər.+
12 Nifrət nifaq salar,Amma məhəbbət bütün günahları örtər.+
13 Bəsirətli adamın dilindən hikmət tökülər,+Amma qanmazın kürəyi kötək yeyər.+
14 Ağıllı adam biliyi qoruyub saxlar,+Amma səfehin dili ölüm axtarar.+
15 Varlı adamın sərvəti onun üçün qalalı şəhərdir,Yoxsulluq kasıbı yıxar.+
16 Salehin əməlləri həyata aparar,Şər adamınsa qazancı günaha aparar.+
17 Tərbiyəyə bağlanan həyata yol açar*,Tənbehə məhəl qoymayan başqalarını yoldan çıxarar.
18 Kinini gizlədən yalan danışar,+İftiralar yayan ağılsızdır.
19 Söz çox olan yerdə xəta əskik olmaz,+Dilini saxlayan isə ağıllı iş görür.+
20 Saleh adamın dili saf gümüşdür,+Şər adamın ürəyi isə heç nəyə dəyməz.
21 Saleh adamın dili çoxlarını bəsləyər,+Axmağı ağılsızlığı məhv edər.+
22 Yehovanın verdiyi bərəkətdir insana sərvət gətirən.+
O, bu bərəkətə kədər qatmaz.
23 Axmaq adam üçün abırsızlıq əyləncədir,Bəsirətli adama isə hikmət xasdır.+
24 Şər adamın qorxduğu şey başına gələr,Saleh adam isə muradına yetişər.+
25 Tufan gəlib keçəndə şər adam yox olar,+Saleh adam isə əbədi duran bünövrəyə bənzər.+
26 Dişlər üçün sirkə, gözlər üçün tüstü necədirsə,Tənbəl də ona iş buyuran üçün elədir.
27 Yehovadan qorxmaq ömrü uzadar,+Amma şər adamların ömrü qısalar.+
28 Salehlərin ümidi sevinc gətirər,+Amma şər adamların ümidi puça çıxar.+
29 Yehovanın yolu kamillər üçün qaladır,+Bədəməl üçünsə məhvdir.+
30 Salehi heç nə yıxmaz,+Amma şər adamlar yer üzündə qalmaz.+
31 Salehin dilindən hikmət süzülər,Əyri dil isə kəsilər.
32 Salehin dili nəyin xoş olduğunu bilir,Amma şər adamın dilindən fitnə tökülür.
Haşiyələr
^ Digər variant: həyata aparan yoldadır.