Məsəllər 15:1—33
15 Mülayim cavab hirsi yatırar,+Kobud söz qəzəb oyadar.+
2 Müdrik dilini xeyirə işlədər,+Axmağın ağzından səfehlik tökülər.
3 Yehovanın gözləri hər yerə baxır,Pisi də, yaxşını da görür.+
4 Sakit dil* həyat ağacıdır,+Əyri sözlər ürək yaralar.
5 Axmaq övlad ata tərbiyəsini vecinə almaz,+Amma uzaqgörən məzəmməti qəbul edər.+
6 Salehin evində dolu xəzinə olar,Şər adamı əməlləri bəlaya salar.+
7 Hikmətlinin dili elm yayar,+Amma axmağın ürəyi belə deyil.+
8 Şər adamın qurbanından Yehova ikrah edər,+Amma düz adamın duasından xoşlanar.+
9 Şər adamın yolundan Yehovanın zəhləsi gedər,+Salehliyə can atanı isə O sevər.+
10 Düz yoldan sapanlara tərbiyə ağır görünər,+Tənbehdən acığı gələnlər məhv olar.+
11 Məzar* və qara torpaq* Yehovanın gözü önündə açıqdır,+O ki qaldı insanın ürəyi!+
12 Rişxəndçi ona irad tutanı sevməz,+Ağıllı adamla məsləhətləşməz.+
13 Könlü şad olanın çöhrəsindən sevinc yağar,Qəlb ağrısı ruhu əzər.+
14 Müdrik ürək elm axtarar,+Axmaqların dili isə səfehliklə qidalanar.+
15 Məzlumun hər günü qaradır,+Amma könlü şad olan üçün həmişə bayramdır.+
16 Aza qane olub Yehova xofu ilə yaşamaq+Varlı olub səksəkə içində yaşamaqdan yaxşıdır.+
17 Məhəbbət olan yerdə tərəvəz yemək+Nifrət olan yerdə yağlı dana əti yeməkdən yaxşıdır.+
18 Kəmhövsələ dava-dalaş yaradar,+Səbirli isə davanı yatırar.+
19 Tənbəlin yolu tikan çəpərinə bənzər,+Amma düz adamın yolu, sanki, hamar yoldur.+
20 Ağıllı oğul atasını sevindirər,+Axmaq adam anasına xor baxar.+
21 Ağılsız axmaqlıqdan zövq alar,+Bəsirətli adam düz yolla yeriyər.+
22 Məsləhətsiz niyyət boşa çıxar,Məsləhət verən çox olarsa, uğur olar.+
23 Verdiyi düzgün cavab insanı sevindirər,+Yerində deyilən söz nə gözəldir!+
24 Anlayış sahibinin həyat yolu üzü yuxarıdır,+Onu aşağıda olan Məzardan* qoruyar.+
25 Yehova təkəbbürlü adamın evini yıxar,+Amma dul qadının sərhədini qoruyar.+
26 Yehova şər adamın niyyətlərinə nifrət edər,+Xoş sözlər Onun gözündə safdır.+
27 Haram qazanan ailəsini bəlaya salar*,+Rüşvətdən ikrah edən ömrünü uzadar.+
28 Saleh adam cavab verməzdən* qabaq ürəyində fikirləşər,+Şər adamın ağzından isə pislik tökülər.
29 Yehova pis adamlardan uzaqdır,Amma salehlərin duasını eşidir.+
30 Nurlu gözlər ürəyi şad edər,Şad xəbər cana can verər*.+
31 Həyatverən elmi dinləyənMüdriklərin arasında yaşar.+
32 O kəs ki tərbiyəni rədd edir, həyatından bezib,+Məzəmmətə qulaq asan dərrakə qazanar.+
33 Yehova xofu hikmətli olmağı öyrədir,+Sadəlik şərəf gətirər.+
Haşiyələr
^ Yaxud şəfa verən dil.
^ Hərfən: həlak yeri.
^ Yaxud rüsvay edər.
^ Yaxud danışmazdan.
^ Hərfən: sümükləri yağlı edər.