Məsəllər 16:1—33
16 Ürəkdəki fikirlər insandan,Verilən cavab Yehovadan olur.+
2 İnsanın bütün yolları öz gözündə düz görünər,+Amma Yehova onun niyyətlərini yoxlar.+
3 Hər işini Yehovaya tapşır,+Onda niyyətin baş tutar.
4 Yehova hər şeyi öz məqsədi üçün qurub,Hətta pislərin fəlakət günündə məhv olmasını da.+
5 Ürəyi təkəbbürlü adamdan Yehova ikrah edir,+Bil ki, o, cəzasız qalmaz.
6 Məhəbbət və sədaqət günahı yuyar,+Yehova xofu insanı şərdən saxlayar.+
7 Yehova bəndənin tutduğu yoldan razı qalarsa,Hətta düşmənini də onunla barışdırar.+
8 Halal yolla gələn xırda gəlir+Haram yolla gələn böyük gəlirdən yaxşıdır.+
9 İnsan ürəyində özü üçün yol qurar,Amma addımlarını Yehova yönəldər.+
10 Padşahın dilindən Allahın hökmləri çıxmalıdır,+O gərək heç vaxt haqqı tapdalamasın.+
11 Düz tərəzi ilə çəki Yehovadandır,Torbadakı çəki daşları Ondandır.+
12 Şər əməllər padşah üçün iyrəncdir,+Çünki taxt-tac haqla bərqərar olar.+
13 Doğru söhbət padşahlara xoş olar,Onlar düz danışanı sevərlər.+
14 Padşahın qəzəbi ölüm qasididir,+Amma ağıllı adam onu özündən ötüşdürər.+
15 Padşahın üzünün nuru həyatdır,Lütfü yağmurlu bahar bulududur.+
16 Hikmət qazanmaq qızıldan qat-qat yaxşıdır!+
Gümüşdənsə dərrakə qazanmaq vacibdir.+
17 Düz adamın yolu pislikdən uzaqdır,Yoluna fikir verən canını qoruyar.+
18 Əcəldən qabaq qürur,Süqutdan öncə təkəbbür gələr.+
19 Sadə olub həlimlərlə oturub-durmaqMəğrurlarla qənimət bölüşdürməkdən yaxşıdır.+
20 Məsələyə anlayışla yanaşan uğur tapar,Yehovaya güvənən nə bəxtiyardır!
21 Ürəyi hikmətli olan kəs ağıllı adlanar,+Şirin dil inandırıcı olar.+
22 Anlayış öz sahibi üçün həyat çeşməsidir,Amma axmağı öz axmaqlığı cəzalandırar.
23 Müdrik adamın ürəyi dilini arif edər,+Sözlərini inandırıcı edər.
24 Xoş sözlər arı şanıdır,Cana şirin, sümüklərə məlhəmdir.+
25 Yol var ki, adama düz görünür,Amma axırı ölümdür.+
26 Zəhmətkeş özü üçün zəhmət çəkər,Çünki aclıq onu vadar edər.+
27 Yaramaz adam qurdalayıb pis şeyi üzə çıxarar,+Onun sözləri alov kimi qarsıdar.+
28 Aravuran nifaq salar,+Böhtançı yaxın dostları ayırar.+
29 Qəddar adam qonşusunu tovlayar,Onu əyri yola çəkər,
30 Fitnə qurub göz vurar,Pislik edib qımışar.
31 Salehlik yolunda ağaran saçlarGözəllik tacıdır.+
32 Səbrini basan+ güclü adamdan yaxşıdır,Təmkinli adam şəhər alandan üstündür.+
33 Püşk atılar,+Amma nəticəsi Yehovadan olar.+