Məsəllər 17:1—28
17 Sakit yerdə bir tikə quru çörək,+Dava-dalaşlı evdəki ziyafətdən yaxşıdır.+
2 Ağıllı nökər adbatıran oğulun ağası olar,Qardaşlar arasında miras payı alar.
3 Gümüş üçün kürə var, qızıl üçün soba,+Ürəkləri isə Yehova araşdırar.+
4 Şər adamın diqqəti ziyankar dillərdədir,Yalançı fitnəkar dilə qulaq asar.+
5 Yoxsula lağ edən onun Yaradanını təhqir edir,+Başqasının müsibətinə sevinən cəzasız qalmaz.+
6 Nəvələr ahılların tacıdır,Oğulların da şərəfi atalardır.
7 Sarsağa ağıllı söz yaraşmaz,+Əsilzadəyə isə yalan danışmaq heç yaraşmaz.+
8 Bəxşiş öz sahibi üçün cavahirdir,+Hara üz tutarsa, işi avand olar.+
9 Günahı bağışlayan məhəbbətə can atır,+Amma məsələni şişirdən əziz dostları ayırır.+
10 Qanana bir kəlmə bəsdir,+Amma qanmaza yüz kötək də kar etməz.+
11 Pis adam ancaq iğtişaş axtarar,Onu cəzalandırmağa amansız elçi göndəriləcək.+
12 Balalarını itirmiş ayıya rast gəlməkSərsəmləyən axmağa rast gəlməkdən yaxşıdır.+
13 Yaxşılığa yamanlıqla cavab verəninEvindən pislik əskik olmaz.+
14 Davanı başlamaq su bəndini açmağa bənzər;Dava başlamamış oradan uzaqlaş.+
15 Şərə bəraət verən və haqlını məhkum edən,+Hər ikisi Yehovada ikrah yaradır.
16 Səfehdə hikmət qazanmaq üçün imkan olsa da, nə fayda?
Onun ki başında ağıl yoxdur.+
17 Əsl dost hər zaman sevər,+O, dar gün üçün doğulmuş qardaşdır.+
18 Ağılsız əl sıxıb razılaşar,Qonşusunun yanında girov boyun olar.+
19 Dava-dalaş sevən günahı sevər,+Qapısını hündür edən əcəlini çağırar.+
20 Əyri ürəkli xeyir tapmaz,+Yalan danışanın evi yıxılar.
21 Axmağın atası dərd çəkər,Ağılsızın atası şadlıq-sevinc bilməz.+
22 Şad ürək cana məlhəmdir,+Sınıq qəlb canı üzər.+
23 Şər adam ədaləti pozmaq üçünQoltuq altından rüşvət götürər.+
24 Hikmət bəsirətli adamın önündə durar,Amma səfehin gözləri dünyanın o tayında dolaşar.+
25 Axmaq oğul atasına qəm-qüssə gətirər,Onu dünyaya gətirəni qubarladar.+
26 Saleh insanı cəzalandırmaq yaxşı deyil,Hörmətli adamı kötəkləmək ədalətə ziddir.
27 Çox bilən az danışar,+Ağıllı* adam təmkinini pozmaz.+
28 Hətta səfeh susanda ağıllı görünər,Ağzına qıfıl vuran da bəsirətli.
Haşiyələr
^ Yaxud bəsirətli.