Məsəllər 2:1—22
2 Oğlum, əgər sözlərimi qəbul etsən,Hökmlərimi qoruyub saxlasan,+
2 Qulağını hikmətə sarı açsan,+Qəlbini bəsirətə meyilləndirsən,+
3 Əgər dərrakəni çağırıb+Bəsirəti səsləsən,+
4 Onları gümüş kimi arasan,+Dəfinə kimi axtarsan,+
5 Onda Yehovadan qorxmağın nə olduğunu anlarsan,+Allahın elminə yetişərsən.+
6 Axı hikmət verən Yehovadır,+Elmlə bəsirət Onun dilindən çıxır.
7 Allah hikməti dürüst adamlar üçün qoruyur,O, kamillik yolu ilə gedənlərə qalxandır.+
8 Nəzəri haqqın yollarının üstündə olar,Sadiq bəndələrinin yolunu hifz edər.+
9 Beləcə, sən doğruluğu, haqq-ədaləti,Xeyrin bütün yollarını dərk edərsən.+
10 Hikmət ürəyində qərar tutanda,+Bilik könlünə yatanda+
11 Düşüncə səni qoruyar,+Bəsirət səni hifz edər.
12 Səni pis yoldan,Yalan danışanlardan,+
13 Doğru yoldan azıbZülmətdə yeriyənlərdən,+
14 Pis işlərdən xoşlanan,Şərdən, alçaq əməllərdən həzz alanlardan,
15 Əyri yolla gedənlərdən,Həyatını yalan üzərində quranlardan,
16 Pozğun arvaddan,Əxlaqsız qadının şirin dilindən qoruyar.+
17 Bu qadın cavanlıq həmdəmini atmış,+Allahı ilə əhdini unutmuşdur.
18 Onun evi ölümə aparır,Cığırları ölüm dustaqlarının yanına gedir.+
19 Onun yatağına girən geri qayıtmaz,Bir daha dirilərin yoluna dönməz.+
20 Xülasə, yaxşıların yolu ilə get,Salehlərin yolunu tut,+
21 Çünki yer üzündə düz adamlar yaşayacaq,Orada kamil adamlar qalacaq.+
22 Pislərin isə kökü yer üzündən kəsiləcək,+Xainlər oradan qoparılıb atılacaq.+