Romalılara 16:1—27

  • Bulus Fibi adlı bacını təqdim edir (1, 2)

  • Romadakı məsihilərə salamlar (3—16)

  • Araya nifaq salanlara qarşı xəbərdarlıq (17—20)

  • Bulusun əməkdaşlarından salamlar (21—24)

  • Müqəddəs sirr aşkara çıxdı (25—27)

16  Kenxreyadakı+ yığıncaqda xidmət edən bacımız Fibini sizə təqdim edirəm.  Onu Ağamız naminə müqəddəslərə yaraşan tərzdə qəbul edin, nə köməyə ehtiyacı olsa, kömək edin,+ çünki o özü bir çoxlarına, o cümlədən mənə arxa olmuşdur.  Məsih İsanın işində mənə əməkdaş olan Priskaya və Akvilasa+ salamlarımı çatdırın.  Onlar məndən ötrü canlarını təhlükə altına atmışlar.+ Onlara təkcə mən yox, başqa xalqların adamlarından ibarət bütün yığıncaqlar təşəkkür edirlər.  Onların evində toplaşan yığıncağı da salamlayın.+ Həmçinin Məsih üçün Asiyadan* nübar olan əzizim Epenetə salam deyin.  Sizin üçün çoxlu zəhmət çəkmiş Məryəmə salam söyləyin.  Qohumlarım+ və məhbəs yoldaşlarım olan Andronikusa və Yuniasa salamlarımı çatdırın. Onlar məndən qabaq Məsihin yolundadırlar, həvarilər də onları yaxşı tanıyır.  Ağamızın yolunda çox sevdiyim Ampliata məndən salam deyin.  Məsih yolunda əməkdaşımız Urbanusa və əzizim Stahisə də salam söyləyin. 10  Məsih yolunda yaxşı ad qazanmış Apellesi salamlayıram. Aristobulun ev əhlindən olanlara salamlarımı çatdırın. 11  Qohumum Hirodiona məndən salam deyin. Narkisin ev əhlindən Ağamızın yolunda olanları salamlayıram. 12  Ağamızın yolunda canla-başla çalışan Trifenanı və Trifosanı salamlayın. Ağamızın yolunda çox zəhmət çəkmiş əziz bacımız Persisi də salamlayın. 13  Ağamızın dəyərli xidmətçisi olan Rufusu, həmçinin mənə də ana olan anasını salamlayın. 14  Asinkritə, Fleqona, Hermesə, Patrobasa, Hermasa və onlarla olan qardaşlara salamlarımı çatdırın. 15  Filoloqosla Yuliaya, Nereylə bacısına, Olimpasa və onlarla olan bütün müqəddəslərə salam söyləyin. 16  Bir-birinizi saf öpüşlə salamlayın. Məsihin bütün yığıncaqları sizə salam göndərirlər. 17  Qardaşlar, sizdən rica edirəm: aldığınız təlimə zidd gedərək araya nifaq salanlardan, başqalarını imandan döndərənlərdən göz-qulaq olun, onlardan uzaq gəzin.+ 18  Belələri Ağamız Məsihin yox, öz nəfslərinin quludurlar. Onlar sadəlövh adamları şirin dillə və yaltaqlıqla yoldan çıxarırlar. 19  Sizin itaətiniz isə hamıya bəllidir. Buna görə də sizdən ötrü sevinirəm. Ancaq istəyirəm ki, yaxşı şeyə gəldikdə hikmətli, pis şeyə gəldikdə məsum olasınız.+ 20  Sülh mənbəyi olan Allah tezliklə Şeytanı ayaqlarınızın altında əzəcək.+ Ağamız İsanın lütfü sizə yar olsun. 21  Əməkdaşım Timuti, həmçinin qohumlarım Lukius, Yason və Sosipater sizə salam göndərirlər.+ 22  Bu məktubu qələmə almış mən, Terti də Ağamızın yolunda olan sizləri salamlayıram. 23  Mənə və bütün yığıncağa qonaqpərvərlik göstərmiş Qay+ sizə salam deyir. Şəhərin xəzinədarı Erast və onun qardaşı Kvart da sizə salam göndərirlər. 24  *⁠—— 25  Bəyan etdiyim müjdəyə və İsa Məsih haqqındakı təbliğə əsasən sizi mətanətli etməyə qadir olan Allaha alqış olsun! Bu müjdə uzun müddət gizli qalmış müqəddəs sirrin+ aşkara çıxması ilə bağlıdır. 26  Ancaq indi bu sirr üzə çıxdı və imandan doğan itaət vüsət alsın deyə, əbədi Allahın hökmünə uyğun olaraq peyğəmbərlik yazıları vasitəsilə bütün xalqların arasında bəlli edildi. 27  Hikmətin tək sahibi Allaha+ İsa Məsih vasitəsilə əbədiyyən alqış olsun! Amin.

Haşiyələr

İncildə Asiya əyaləti ifadəsi altında Asiya qitəsi yox, Roma imperiyasının bir əyaləti nəzərdə tutulur. Həmin ərazi hal–hazırda Türkiyədə yerləşir.