Səfənya 1:1—18

  • Yehovanın hökm günü yaxındır (1—18)

    • Yehovanın günü böyük sürətlə gəlir (14)

    • Qızıl-gümüş xilas etməyə qadir deyil (18)

1  Yəhuda padşahı Amun+ oğlu Yuşiyyənin+ dövründə Hizqiyyə oğlu, Əmariyyə oğlu, Qədali oğlu, Kuşi oğlu Səfənyaya* Yehovanın sözü nazil oldu.   Yehova bəyan edir: «Bu torpaqdan hər şeyi silib atacağam.+   İnsanı da, heyvanı da silib atacağam. Göydəki quşları, dənizdəki balıqları,+Büdrədən daşları*+ və şər adamları silib atacağam.İnsanı bu torpaqdan yox edəcəyəm», — deyə Yehova bəyan edir.   «Əlimi Yəhudanın və YerusəlimSakinlərinin üstünə qaldıracağam,Bu yerdə Baala sitayiş edənlərin izi-tozu qalmayacaq,+Yad allahın kahinlərinin adını və bütlərin kahinlərini yox edəcəyəm.+   Damlarda asimandakı orduya səcdə qılanları,+Yehovaya səcdə qılıb sədaqət andı içməklə yanaşı,+Məlkuma sədaqət andı içənləri,+   Yehovanın ardınca getməyənləri,+Yehovanı arayıb-axtarmayanları,+ Ondan məsləhət istəməyənləri məhv edəcəyəm».   Külli-İxtiyar Yehovanın önündə susun, çünki Yehovanın günü yaxındır,+ Yehova qurban hazırlayıb; O dəvət etdiyi kəsləri pak edib.   «Yehovanın qurban kəsəcəyi gün bəylərlə,Şahzadələrlə,+ əcnəbi qiyafəlilərlə haqq-hesab çəkəcəyəm.   O gün səkiyə* qalxanları,Ağalarının evini zorakılıq və fırıldaqla dolduranları haqq-hesaba çəkəcəyəm». 10  Yehova bəyan edir: «O günBalıq darvazasından çığırtı,+İkinci məhəllədən ah-fəğan,+Təpələrdən gurultu səsi gələcək. 11  Ey Məhteş* sakinləri, hönkürün,Çünki bütün tacir-tüccarın səsi kəsildi,Gümüş ölçənlər məhv oldu. 12  O zaman əlimdə çıraq Yerusəlimi ələk-vələk edəcəyəm,Özündən razı adamlarla haqq-hesab çəkəcəyəm. Onlar ürəklərində deyirlər:“Yehova nə yaxşılıq edər, nə pislik”.+ 13  Onların var-dövləti talan olacaq, evləri viran qalacaq.+ Ev tikəcəklər, amma içində yaşamayacaqlar,Meynəlik salacaqlar, amma şərabını içməyəcəklər.+ 14  Yehovanın möhtəşəm günü yaxındır.+ O gün yaxındır və böyük sürətlə gəlir.+ Yehovanın gününün səsi dəhşətlidir.+ O gün igid də ağlayacaq.+ 15  O gün qəzəb günüdür,+Zülm-zillət və sitəm,+Tufan və viranəlik,Qaranlıq və zülmət,+Bulud və zil qaranlıq günüdür.+ 16  İstehkamlı şəhərlərə və hündür künc bürclərinə qarşı şeypur çalınan,+Döyüş nərəsi qopan gündür.+ 17  Mən insanları bəlaya düçar edəcəyəm,Onlar kor kimi gəzəcəklər,+Çünki Yehovaya qarşı günah işləyiblər.+ Onların qanı toz kimi ayaq altda qalacaq,Bağırsaqları peyin kimi yerə töküləcək.+ 18  Qızıl-gümüşləri onları Yehovanın qəzəb günündə qurtara bilməyəcək.+Onun qeyrətinin alovundan bütün yer üzü yanacaq.+O, müdhiş bir qırğın göndərib bu torpağın bütün sakinlərini yox edəcək».+

Haşiyələr

Mənası: Yehova gizlətdi (qoruyub saxladı).
Görünür, söhbət bütpərəstliklə bağlı əşyalardan və ya əməllərdən gedir.
Ehtimal ki, padşah taxtı qoyulan səki.
Görünür, Yerusəlimin Balıq darvazası tərəfindəki məhəllə.