Yəhyaya nazil olmuş vəhy 13:1—18
13 O*, dənizin qumu üzərində durdu.
Bu vaxt gördüm ki, dənizdən+ onbuynuzlu, yeddibaşlı bir vəhşi heyvan+ çıxır. Onun buynuzları üstündə on tac vardı, başlarında isə küfrlü adlar yazılmışdı.
2 Gördüyüm vəhşi heyvan bəbirə bənzəyirdi. Amma pəncələri ayı pəncəsi, ağzı isə şir ağzı kimi idi. Əjdaha+ bu vəhşi heyvana güc, taxt və böyük səlahiyyət verdi.+
3 Mən gördüm ki, onun başlarından biri, sanki, ölümcül yaralanıb. Lakin sonra bu ağır yara sağaldı+ və bütün bəşər heyrətlə vəhşi heyvanın ardınca getdi.
4 İnsanlar əjdahaya səcdə etdilər, çünki o, vəhşi heyvana səlahiyyət vermişdi. Onlar vəhşi heyvana da səcdə qılıb deyirdilər: «Bu vəhşi heyvanın tayı-bərabəri varmı? Kim onunla vuruşa bilər?»
5 Ona lovğa-lovğa danışan, küfr söyləyən ağız və qırx iki ay ərzində+ hakimiyyət sürmək ixtiyarı verildi.
6 O, ağzını açıb Allaha, Onun adına, məskəninə və göylərin sakinlərinə+ küfr söylədi.+
7 Ona həmçinin izin verildi ki, müqəddəslərlə vuruşsun və onları məğlub etsin.+ Üstəlik, ona hər bir tayfa, ümmət, dil və xalq üzərində hakimiyyət verildi.
8 Yer üzündə yaşayanların hamısı ona səcdə edəcəklər. Bəşərin təməli qoyulandan bəri onların adı qətlə yetirilmiş+ Quzunun həyat kitabına+ yazılmır.
9 Qulağı olan eşitsin.+
10 Kim əsir düşməlidirsə, əsir düşəcək, kim qılıncla öldürərsə*, qılıncla öldürülməlidir.+ Burada müqəddəslərə+ dözüm+ və iman+ gərəkdir.
11 Sonra mən yerin tərkindən qalxan başqa bir vəhşi heyvan gördüm. Onun quzu buynuzuna bənzər iki buynuzu var idi, lakin o, əjdaha+ kimi danışmağa başladı.
12 O, birinci vəhşi heyvanın+ önündə onun bütün səlahiyyətindən istifadə edir, yeri və sakinlərini ölümcül yarası sağalmış birinci vəhşi heyvana səcdə qılmağa məcbur edir.+
13 O, böyük əlamətlər göstərir, bəşərin gözü qarşısında hətta göydən alov yağdırırdı.
14 Ona vəhşi heyvanın qarşısında göstərmək üçün əlamətlər verilmişdi. O, bu əlamətlərlə yer üzünün sakinlərini aldadır və onlara deyirdi ki, qılınc yarası alıb sonradan sağalmış+ vəhşi heyvanın surətini+ düzəltsinlər.
15 Ona bu vəhşi heyvanın surətinə nəfəs vermək izni verildi ki, vəhşi heyvanın surəti həm danışsın, həm də ona səcdə etmək istəməyənləri öldürtdürsün.
16 O, bütün insanları — kiçikləri və böyükləri, varlıları və kasıbları, azadları və qulları sağ əllərinə və ya alınlarına nişan qoydurmağa məcbur edir.+
17 Belə ki, üzərində bu vəhşi heyvanın nişanı, yəni vəhşi heyvanın adı+ və ya adının rəqəmi olmayan adam alqı-satqı edə bilməsin.+
18 Burada hikmət gərəkdir. Qoy dərrakəli adam vəhşi heyvanın rəqəmini hesablasın, çünki bu rəqəm insan rəqəmidir. Onun rəqəmi altı yüz altmış altıdır.+