Yaradılış 2:1—25

  • Yeddinci gün Allah istirahət edir (1—3)

  • Yehova Allah göyün və yerin Yaradanıdır (4)

  • Kişi və qadın Ədən bağında (5—25)

    • İnsanın torpaqdan yaranması (7)

    • Xeyir və şəri bilmə ağacı (15—17)

    • Qadının yaranması (18—25)

2  Beləliklə, göyün, yerin və onlarda olan hər şeyin yaradılışı başa çatdı.+  Allah yeddinci günə qədər işlərini görüb qurtardı, yeddinci gün isə iş görməyib istirahət etməyə başladı.+  Allah yeddinci günü mübarək qıldı və onu müqəddəs elan etdi, çünki niyyət etdiyi hər şeyi yaradıb həmin gün istirahət etməyə başlamışdı.  Bu, Yehova* Allahın yeri və göyü yaratdığı gün onların meydana gəlmə tarixçəsidir.+  Yerdə hələ nə bir kol, nə başqa bir bitki bitmirdi, çünki Yehova Allah yer üzünə yağış yağdırmamışdı, torpağı becərməyə insan da yox idi.  Lakin yerdən buxar qalxırdı və bunun sayəsində torpaq sulanırdı.  Yehova Allah torpaqdan insanı yaratdı+ və onun burnuna həyat nəfəsi üfürdü,+ beləcə, insan canlı varlıq oldu.+  Yehova Allah şərqdə, Ədəndə+ bir bağ saldı və yaratdığı insanı+ oraya qoydu.  Yehova Allah yerdə gözəl görünüşlü və yeməli meyvələri olan cürbəcür ağaclar, həmçinin bağın ortasında həyat ağacı+ və xeyirlə şəri bilmə ağacı+ bitirdi. 10  Ədəndən bir çay axıb bağı sulayırdı, sonra isə dörd qola ayrılırdı. 11  Birincisinin adı Pişondur. O, qızıl çıxan bütün Həvilə torpağını dolanaraq axır. 12  O torpağın qızılı yaxşı qızıldır. Orada həmçinin ətirli qatran və damarlı əqiq daşı var. 13  İkinci çayın adı Gihondur. O, bütün Kuş diyarını dolanaraq axır. 14  Üçüncü çayın adı Dəclədir*.+ Bu, Aşşurdan+ şərqdə axan çaydır. Dördüncü çay isə Fəratdır+. 15  Yehova Allah insanı Ədən bağında məskunlaşdırdı ki, bağı becərsin və ona qulluq etsin.+ 16  Yehova Allah insana belə bir əmr də verdi: «Bağdakı bütün ağacların meyvəsindən ürəyin istəyən qədər yeyə bilərsən.+ 17  Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən».+ 18  Sonra Yehova Allah dedi: «İnsanın tək olması yaxşı deyil. Onun üçün onu tamamlayan bir köməkçi yaradacağam».+ 19  Yehova Allah torpaqdan vəhşi heyvanları, göydəki qanadlı məxluqları yaradırdı; onları insanın yanına gətirməyə başladı ki, görsün onları necə adlandıracaq. İnsan canlılara nə ad verirdisə, onlar elə də adlanırdı.+ 20  Beləliklə, insan bütün ev heyvanlarına, göydəki qanadlı məxluqlara və bütün vəhşi heyvanlara ad qoydu. Lakin insan üçün münasib bir köməkçi tapılmadı. 21  Buna görə də Yehova Allah insanı dərin yuxuya qərq etdi. O, yuxuda ikən qabırğasından birini götürdü və yerini dəri ilə örtdü. 22  Sonra Yehova Allah insandan götürdüyü qabırğadan qadını yaratdı və onu insanın yanına gətirdi.+ 23  İnsan dedi: «Nəhayət, sümüyü sümüyümdən,Bədəni bədənimdən olan biri... Onun adı Qadın olacaq,Çünki kişidən yaradılıb*».+ 24  Buna görə də kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və onlar bir bədən olacaq.+ 25  Onların hər ikisi, kişi də, arvadı da çılpaq idi,+ ancaq bundan utanmırdılar.

Haşiyələr

Allahın adı (ibr. יהוה (YHVH)). İlk dəfə bu ayədə işlənir. Azərbaycan dilində bu ad Yəhva kimi də məlumdur. A4 əlavəsinə bax.
İbr. Xiddekel.
İbrani dilində kişiqadın sözləri bir-birinə oxşardır. Kişi, qadınişşa.