Zəbur 18:1—50

  • Qurtuluşa görə Allaha alqış

    • «Yehova yalçın qayamdır» (2)

    • Yehova sadiq adamla sadiqdir (25)

    • Allahın yolu kamildir (30)

    • «Lütfün məni ucaldır» (35)

Dirijora. Yehovanın qulu Davudun məzmuru. Yehova Davudu bütün düşmənlərinin və Talutun əlindən qurtaranda onun Yehovaya oxuduğu nəğmə.+ 18  Səni sevirəm, ey Yehova, qüvvətim Sənsən.+   Yehova yalçın qayam, istehkamımdır, mənim nicatımdır.+ Allahım qayamdır,+ Ona sığınıram,Qalxanım, güclü xilaskarım*, qalamdır.+   Yehova tərifə layiqdir, Onu çağırıram,Düşmənlərimdən qurtularam.+   Ölüm ipləri mənə dolanmışdı,+Yaramaz adamların basqını* məni dəhşətə salmışdı.+   Məzarın* ipləri mənə sarılmışdı,Çıxmışdı qarşıma ölüm tələləri.+   Bu darlıqda Yehovanı çağırdım,İmdad üçün Allahıma yalvardım. Eşitdi səsimi məbədindən,+Çatdı qulağına fəryadım.+   Yer üzü silkələndi, yırğalandı,+Dağların təməli yerindən oynadı,Titrədi Onun qəzəbindən.+   Burun pərələrindən tüstü çıxdı,Ağzından şiddətli alov püskürdü,+Yanar közlər səpələndi Ondan.   Aşağı enəndə göylər əyildi,+Qatı zülmət ayaqları altında idi.+ 10  Kərruba minib uçaraq gəldi,+Mələyin* qanadı üzərində şığıdı aşağı.+ 11  Qaranlığı Özünə örtük etdi,+Çadır kimi ətrafını bürümüşdüQara sular, topa buludlar.+ 12  Önündə parlayan şəfəqdənDolu və köz çıxıb buludları yardı keçdi 13  Yehova göylərdə gurladı,+Haqq-Taala səsini ucaldanda+Dolu və yanar közlər töküldü. 14  Oxlarını atıb düşmənləri darmadağın etdi,+Çaxan şimşəkləri ilə onları çaxnaşmaya saldı.+ 15  Ey Yehova, Sənin məzəmmətindən, burnundan çıxan nəfəsin şiddətindənSuların dibi göründü,+Yerin təməlləri aşkar oldu.+ 16  O, yüksəklərdən əlini uzadıb məni tutdu,Dərin sulardan məni çəkib çıxartdı.+ 17  Məni qoluzorlu düşmənimdən,Mənimlə ədavət aparanlardan qurtardı,+ onlar məndən güclü idi.+ 18  Dar günümdə onlar qarşımı kəsmişdi,+Lakin Yehova mənə dayaq oldu. 19  Məni genişliyə çıxartdı,Məni xilas etdi, çünki məndən razı idi.+ 20  Yehova salehliyimə görə mənə mükafat verir,+Pak olduğumu görüb əvəzini verir.+ 21  Çünki mən Yehovanın yolunu tutmuşam,Allahımı xaincəsinə tərk etməmişəm. 22  Onun bütün hökmləri gözümün önündədir,Qanunlarına hörmətsizlik etmirəm. 23  Onun önündə pak qalacağam,+Qəbahət işlərdən uzaq gəzəcəyəm.+ 24  Yehova salehliyimin,Önündə günahsız olmağımın əvəzini versin.+ 25  Sadiq adamla sadiqsən,+Pak adama qarşı paksan.+ 26  Saf adamla saf davranırsan,+Hiyləgərə qarşı fənd işlədirsən.+ 27  Məzlumları xilas edirsən,+Məğrurları alçaldırsan.+ 28  Yehova, çırağımı yandıran Sənsən;Allahım gecəmi gündüz edir.+ 29  Sənin köməyinlə quldurların qabağına çıxaram,+Allahın gücü ilə sədlər aşaram.+ 30  Allahın yolu kamildir,+Yehovanın sözü safdır,+Xudavənd Ona sığınanların hamısına sipərdir.+ 31  Məgər Yehovadan başqa Allah var?+ Allahımızdan savayı kim qaya ola bilər?+ 32  Belimi qüvvətlə qurşayan Allahdır,+O, yolumu kamil edər.+ 33  Ayağımı maral ayağıtək çevik edir,Məni zirvələrdə saxlayır.+ 34  Əlimi döyüşə öyrədir,Qolum mis kamanı gərir. 35  Sən qurtuluş qalxanını mənə verirsən,+Sağ əlin mənə dayaq olur,Lütfün məni ucaldır.+ 36  Addımlarıma yol açırsan,Ayaqlarım sürüşməz.+ 37  Düşmənlərimi qovub yaxalayacağam,Onları yox etməyincə geri qayıtmayacağam. 38  Onları qıracağam, qalxa bilməyəcəklər,+Ayağımın altına səriləcəklər. 39  Döyüş üçün belimi qüvvətlə qurşayarsan,Yağı düşmənimi ayağımın altına sərərsən.+ 40  Düşmənlərimi məğlubiyyətə uğradarsan. Mənə nifrət edənləri yox edərəm*.+ 41  İmdad diləsələr də, onları qurtaran yoxdur,Hətta Yehovaya yalvarırlar, lakin O hay vermir. 42  Onları əzib küləyin sovurduğu toz kimi edəcəyəm,Küçədəki palçıq kimi onları tullayacağam. 43  Sən məni elin tənəsindən qurtaracaqsan,+Xalqlara başçı qoyacaqsan,+Tanımadığım bir xalq mənə qulluq edəcək.+ 44  Sorağımı eşidib mənə itaət edəcəklər,Yadellilər əsə-əsə önümə gələcək.+ 45  O yadellilərin rəngi-ruhu qaçacaq,Gizləndikləri qalalardan əsə-əsə çıxacaqlar. 46  Şükürlər olsun Qayama,+ var olan Yehovaya,Xilaskarım Allaha eşq olsun!+ 47  Allah qisasımı alır,+Xalqları mənə tabe edir. 48  O, məni acıqlı düşmənlərimdən qurtarır. Sən məni üstümə gələnlərdən üstün edirsən,+Məni zalımın əlindən alırsan. 49  Buna görə, ey Yehova, Səni xalqlar arasında ucaldacağam,+Adını nəğmələrdə tərənnüm edəcəyəm.+ 50  O, möhtəşəm işlərlə padşahını xilas edir,+Məsh etdiyinə, Davuda və onun nəslinə*Əbədilik məhəbbət göstərir.+

Haşiyələr

Hərfən: xilas buynuzum.
Hərfən: seli.
İbr. şeol. Lüğətə bax.
Yaxud küləyin.
Hərfən: susduraram.
Hərfən: toxumuna.