Zəbur 54:1—7

  • Yağılar arasında imdad duası

    • «Allah mənə yardımçıdır» (4)

Dirijora. Simli alətlərin müşayiətilə. Maskil*. Davudun məzmuru. Ziflər Talutun yanına gedib: «Davud aramızda gizlənib», — deyə xəbər verəndə.+ 54  Ey Allahım, adınla məni qurtar,+Qüdrətinlə haqqımı müdafiə et.+   Ey Allahım, duamı eşit,+Ağzımdan çıxan sözü dinlə.   Çünki yadlar üstümə qalxdılar,Zalımlar canıma qəsd edir.+ Heç biri Allahı tanımır.+ (Selah)   Bax, Allah mənə yardımçıdır,+Yehova mənə dayaq olanlarladır,   Düşmənlərimin pisliyini öz başlarına gətirəcək.+ Sədaqətinlə onların kökünü kəs.+   Sənə sidqi-ürəkdən qurban gətirərəm,+Adını mədh edərəm, ey Yehova, çünki bu, mənə xoşdur.+   O, məni bütün bəlalardan qurtarır,+Düşmənlərimə müzəffər baxışlarla baxacağam.+

Haşiyələr