Hizqiyal 34:1—31

  • «Çobanlara» qarşı peyğəmbərlik (1—10)

  • Yehova qoyunlarını bəsləyir (11—31)

    • Qulum Davud onları otaracaq (23)

    • Sülh əhdi (25)

34  Mənə yenə Yehovanın sözü nazil oldu:  «Ey bəni-adəm, İsrail çobanlarına* qarşı peyğəmbərlik et. Peyğəmbərlik edib o çobanlara söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Öz canlarına qulluq edən İsrail çobanlarının vay halına!+ Məgər çoban sürünü bəsləməli deyil?+  Amma siz ən kök heyvanları kəsir, onların piyini yeyir, yunundan paltar geyinirsiniz,+ sürünü isə ac qoyursunuz.+  Zəif düşəni qüvvətləndirmirsiniz, xəstəyə şəfa vermirsiniz, yaralının yarasını sarımırsınız, azanı geri qaytarmırsınız, itəni axtarmırsınız.+ Əksinə, onların üstündə qəddarlıqla, zalımlıqla ağalıq edirsiniz.+  Onlar pərən-pərən düşüblər, çünki çobanları yoxdur.+ Hərəsi bir tərəfə dağılıb, vəhşi heyvanlara yem olub.  Qoyunlarım dağlarda, təpələrdə dolaşır, bütün yer üzünə səpələnib. Onları itirib-axtaran yoxdur.  Odur ki, ey çobanlar, Yehovanın sözünü eşidin:  “Varlığıma and olsun, — Külli-İxtiyar Yehova bəyan edir, — Mənim qoyunlarım çobansız qalıb vəhşi heyvanların şikarı, qurbanı olub, çobanlarımsa onları axtarmaq, bəsləmək əvəzinə öz qarınlarını otarırlar”.  İndi, siz, ey çobanlar, Yehovanın sözünü eşidin! 10  Külli-İxtiyar Yehova belə deyir: “Mən çobanlara qarşıyam. Qoyunlarıma görə onlarla haqq-hesab çəkəcəyəm. Daha qoyunlarımı onlara tapşırmayacağam.+ Çobanlar artıq özlərini bəsləməyəcəklər, qoyunlarımı onların dişindən qurtaracağam, bir daha onlara yem olmayacaqlar”. 11  Külli-İxtiyar Yehova belə deyir: “Budur, Mən Özüm qoyunlarımı axtarıb tapacağam, onlara baxacağam.+ 12  Pərən-pərən düşmüş qoyunlarını tapıb yemləyən çoban kimi, qoyunlarımı bəsləyəcəyəm.+ Buludlu, zülmət gündə səpələndikləri yerlərdən onları geri gətirəcəyəm.+ 13  Onları xalqların içindən çıxaracağam, ölkələrdən toplayıb öz obalarına qaytaracağam. İsrailin dağlarında, çay kənarında, insanların yaşadığı yerlərdə otaracağam.+ 14  Onları gömgöy otlaqlarda, İsrailin hündür dağlarında otaracağam.+ Çayır-çəməndə yerə yatacaqlar, İsrail dağlarındakı yamyaşıl örüşlərdə otlayacaqlar”.+ 15  “Mən Özüm qoyunlarımı otaracağam,+ Özüm onları yerə yatıracağam,+ — Külli-İxtiyar Yehova bəyan edir. — 16  İtəni axtarıb tapacağam,+ azanı geri qaytaracağam, yaralının yarasını sarıyacağam, zəif düşəni qüvvətləndirəcəyəm, amma harını və güclünü tələf edəcəyəm. Onu mühakimə edəcəyəm, ona layiq olduğu cəzanı verəcəyəm”. 17  “Sizə gəlincə, Mənim sürüm, — Külli-İxtiyar Yehova belə deyir, — qoyunlar, qoçlar və təkələr arasında haqq-ədaləti bərqərar edəcəyəm.+ 18  Məgər ən yaxşı örüşlərdə otlamağınız sizə bəs eləmir? Gərək örüşün otlanmamış yerlərini tapdalayasınız? Göz yaşı kimi dumduru sudan içib, sonra da suyu ayaqlarınızla bulandırasınız? 19  Deməli, indi qoyunlarım sizin tapdaladığınız örüşdə otlayıb, ayağınızla bulandırdığınız sudan içməlidir?!” 20  Buna görə də Külli-İxtiyar Yehova onlara belə deyir: “Budur, piyli qoyunla sısqa qoyun arasında haqq-ədaləti bərqərar edəcəyəm. 21  Çünki bütün xəstə qoyunları böyrünüzlə, çiyninizlə itələdiniz, buynuzlayıb ora-bura qovdunuz. 22  Mən qoyunlarımı qurtaracağam, onlar artıq sizə yem olmayacaq.+ Qoyunlar arasında haqq-ədaləti bərqərar edəcəyəm. 23  Başlarında bir nəfəri, qulum Davudu+ çoban qoyacağam+ ki, onları otarsın. O, özü onları otaracaq, çobanları olacaq.+ 24  Mən Yehova onların Allahı olacağam,+ qulum Davud onların arasında başçı olacaq.+ Bunu Mən Yehova deyirəm. 25  Onlarla sülh əhdi bağlayacağam.+ Onlar çöllükdə asudə yaşasınlar, meşələrdə yatsınlar deyə, ölkədən vəhşi heyvanları qovacağam.+ 26  Onları və dağımın ətrafını bərəkət qaynağı edəcəyəm.+ Yağışı vaxtında göndərəcəyəm. Yağıştək başlarından bol bərəkət tökəcəyəm.+ 27  Ağaclar meyvə yetirəcək, torpaq məhsul gətirəcək,+ onlar ölkədə asayiş içində yaşayacaqlar. Onların boyunduruğunu sındıranda, onları zülmkarların əlindən azad edəndə biləcəklər ki, Mən Yehovayam.+ 28  Bir də heç vaxt xalqların şikarı, vəhşi heyvanların qurbanı olmayacaqlar. Əmin-amanlıqda yaşayacaqlar, onları qorxudub-hürküdən olmayacaq.+ 29  Onlar üçün şöhrətli bir şitillik salacağam. Ölkədə daha heç vaxt acından ölən olmayacaq.+ Bir də heç bir xalq onları alçaltmayacaq.+ 30  Onda biləcəklər ki, Mən Yehova onların Allahıyam və Mən onlarlayam. Onlarsa, İsrail əhli Mənim xalqımdır”,+ — deyə Külli-İxtiyar Yehova bəyan edir. 31  “Siz, ey mənim sürüm+, bəslədiyim sürü. Siz insansınız, Mənsə sizin Allahınız”, — deyə Külli-İxtiyar Yehova bəyan edir».

Haşiyələr