Koloslulara məktub 3:1—25
3 Ancaq əgər siz Məsihlə birlikdə dirilmisinizsə,+ onda səmavi şeylərə can atın, çünki Məsih göydə, Allahın sağında əyləşib.+
2 Bəli, həmişə səmavi şeylər haqqında düşünün,+ yerə aid şeylər haqqında yox.+
3 Çünki siz artıq ölmüsünüz. Sizin həyatınız Allahla vəhdətdə olan Məsihdədir.
4 Bizim həyatımız olan Məsih+ zühur edəndə siz də onunla birlikdə zühur edəcək və onun calalına şərik olacaqsınız.+
5 Buna görə də yerdəki bədəninizin üzvlərində+ olan meyilləri — əxlaqsızlığa*, natəmizliyə, şəhvətə,+ nəfsə və bütpərəstlik olan tamahkarlığa meyilləri öldürün.
6 Bütün bunlardan ötrü Allahın qəzəbi tezliklə gələcək.
7 Vaxtilə siz özünüz də bu cür yaşayır və belə işlər görürdünüz.+
8 Ancaq indi bütün bunları: qəzəbi, hirsi, pisliyi+, təhqiramiz danışığı+ kənara qoyun və dilinizə nalayiq sözlər+ gətirməyin.
9 Bir-birinizə yalan danışmayın.+ Köhnə şəxsiyyəti əməlləri ilə birgə əyninizdən çıxarıb,+
10 yeni şəxsiyyəti geyinin.+ Bu şəxsiyyət dəqiq bilik sayəsində yeniləşərək onu yaradanın surətini əks etdirir.+
11 Burada yunan və ya yəhudi, sünnətli və ya sünnətsiz, əcnəbi, skif*, qul, azad yoxdur. Məsih hər şeydir və hamıdadır.+
12 Beləliklə, Allahın seçilmişləri+, müqəddəs və sevimli bəndələri kimi şəfqəti+, həmçinin xeyirxahlığı, təvazökarlığı+, mülayimliyi+ və səbri+ geyinin.
13 Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da,+ bir-birinizi ürəkdən bağışlayın.+ Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız.+
14 Bütün bunlardan ziyadə, məhəbbətə bürünün,+ çünki məhəbbət insanlar arasında kamil birlik yaradır.+
15 Qoy Məsihin sülhü ürəyinizdə hökm sürsün,+ çünki siz bu sülhə bir bədən olmaq üçün çağırılmısınız. Şükür edənlərdən olun.
16 Qoy Məsihin sözü bütün hikmətilə ürəyinizə dolub sizdə məskən salsın. Bir-birinizə məzmurlar+, mədhlər və minnətdarlıqla oxunan ruhani mahnılarla öyüd-nəsihət verin, Yehovanı ürəyinizdə tərənnüm edin.+
17 Hər nə danışırsınızsa, hər nə edirsinizsə, Ağamız İsanın adı ilə edin və onun vasitəsilə Atamız Allaha həmd edin.+
18 Ey qadınlar, ərlərinizə Ağanın davamçılarına yaraşan tərzdə tabe olun.+
19 Ey ərlər, arvadlarınızı həmişə sevin+ və onlarla sərt davranmayın.+
20 Ey uşaqlar, hər şeydə valideynlərinizin sözünə qulaq asın,+ çünki bu, Ağaya xoş gedir.
21 Ey atalar, uşaqlarınızı qəzəbləndirməyin,+ yoxsa onlar ruhdan düşərlər.
22 Ey qullar, yerdəki ağalarınıza hər bir məsələdə itaət edin+ və bunu onlar sizi görəndə, insanları razı salmaq üçün yox, sidqi-ürəkdən, Yehovadan qorxaraq edin.
23 Hər nə edirsinizsə, canla-başla edin, sanki, insanlar üçün yox, Yehova üçün edirsiniz.+
24 Axı bilirsiniz ki, mükafat olaraq mirası Yehovadan alacaqsınız.+ Ağa Məsihə xidmət edin.
25 Haqsızlıq edənə isə əvəzi veriləcək,+ çünki Allah ayrı-seçkilik etmir.+
Haşiyələr
^ Yun. porneya. Lüğətdə «əxlaqsızlıq» sözünə bax.
^ Vəhşi, mədəniyyətdən uzaq adam mənasında.