NƏĞMƏ 101
Birlik içində yaşayaq
-
1. Bu soyuq, zalım dünyadan
Cəm etdi bizi Yaradan.
Qəlblərə hakim kəsilib
Sülh, həmrəylik, birlik.
Bu birlik çox xoşdur,
Sülhlə həmahəng.
Allahdan aldıq tapşırıq,
Müjdəni edirik təbliğ,
Biz edirik vəcdlə xidmət,
Möhkəmlənsin vəhdət.
-
2. Çalışaq olaq həmfikir,
Səbirli, sevən və canbir,
Sevgimiz dəniztək coşsun,
Sülh qəlblərə dolsun.
Ah, sülh necə xoşdur,
Zövq verir bizə.
Bəsləsək dərin məhəbbət
Rəbb verər xeyir-bərəkət.
Bir olub sülhü qoruyaq,
Şövqlə xidmət edək.
(Həmçinin baxın: Mik. 2:12; Səf. 3:9; 1 Kor. 1:10.)