Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 99

Milyonlarla qardaşlar

Milyonlarla qardaşlar

(Vəhy 7:9, 10)

  1. 1. Hər millətdən, hər dildəndir

    Dindaşlarım mənim.

    Bu qardaşlar sadiqdir,

    Haqq yolunda mətin.

    Bax on minlərlə on min

    Rəbçün həmd söyləyir.

    Pak ibadət naminə onlar

    Hər diyardan gəlir.

  2. 2. Vəz edənlər bir ordudur,

    Xoş xəbəri yayır.

    Bax on minlərlə on min

    Sülh müjdəsi verir.

    Əzmlə xidmət etsək də,

    Bəzən çətin olur.

    Bil, Ağamız təravət verir,

    Bəxş eyləyir uğur.

  3. 3. Bax Şahidlər milyonlarla

    Həmd ucaldır Rəbbə.

    Şövqlə xidmət edirlər

    Hər gün Rəbb önündə.

    Bax on minlərlə on min

    Daima car çəkir.

    Rəblə yaxın əməkdaş olmaq

    Hər vaxt sevinc verir.

(Həmçinin baxın: Əşy. 52:7; Mət. 11:29; Vəhy 7:15.)