OYAQ QALIN!
2024-cü ildə ümid işığı. Müqəddəs Kitabda bu barədə nə deyilir?
Çoxları düşünür ki, dünyanın üzləşdiyi problemlər 2024-cü ildə də öz həllini tapmayacaq. Bununla belə, biz gələcəyə ümidlə baxa bilərik. Necə?
Müqəddəs Kitab ümid verir
Müqəddəs Kitab bizə vəd verir ki, bu gün ümidimizi əlimizdən alan bütün problemləri Allah aradan qaldıracaq. Tezliklə «Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:4).
Müqəddəs Kitabın gələcəklə bağlı vədləri haqqında daha çox öyrənmək üçün «Gözəl gələcəyə real ümid» adlı məqaləni oxuyun.
Müqəddəs Kitab indi bizə necə kömək edə bilər?
Müqəddəs Kitabın verdiyi ümid sayəsində biz gələcəyə nikbin baxa və mənfi hisslərlə mübarizə apara bilirik (Romalılara 15:13). Müqəddəs Kitabın verdiyi praktiki məsləhətlər sayəsində biz üzləşdiyimiz yoxsulluq, ədalətsizlik və xəstəlik kimi problemlərin öhdəsindən indidən gələ bilərik.
Görün bir nəfər yoxsulluq içində böyüməsinə baxmayaraq, Müqəddəs Kitabdakı ümid sayəsində necə sülh və xoşbəxtlik tapıb. «Xuan Pablo Zermeno: Yehova həyatıma məna qatdı» adlı videoya baxın.
Görün Müqəddəs Kitab sizə günahkarlıq, məyusluq, narahatlıq hissinin və ağır itkinin yaşatdığı acının öhdəsindən gəlməyə necə kömək edə bilər. «Müqəddəs Kitab mənə təsəlli tapmağa kömək edə bilər?» adlı məqaləyə baxın.
Görün özünü qaraqabaq, laqeyd insan kimi təsvir edən keçmiş hərbçi Müqəddəs Kitab sayəsində necə ümid tapdı. «Silahımı yerə qoydum» adlı videoya baxın.
2024-cü ili özünüz və ailəniz üçün müsbət hadisələrlə dolu bir ilə çevirin. Müqəddəs Kitab bu məsələdə sizə kömək edə bilər. Pulsuz Müqəddəs Kitab dərsləri üçün müraciət edin və görün Allah sizə «əmin-amanlıq», «gözəl gələcək, ümid bəxş [etmək]» üçün nə edəcək (Ərəmya 29:11).