Arxeoloji tapıntılar Davud padşahın tarixi şəxs olduğunu sübut edir
Müqəddəs Kitaba əsasən, İsrailin padşahı Davud b.e.ə. XI əsrdə yaşayıb və onun nəsli yüz illərlə hakimiyyət sürüb. Amma bəzi tənqidçilər iddia edib ki, Davud insanların sonradan haqqında hekayələr uydurduğu bir mif və ya əfsanədir. Davud padşah həqiqətən yaşayıb?
1993-cü ildə arxeoloq Avraham Biran və onun əməkdaşları İsrailin şimalında Tel Dan adlanan yerdə üzərində «Davud evi» yazılan bir daş parçası tapdılar. Bu yazı e.ə. IX əsrə aid olan qədim sami məktublarında istifadə olunub. Ehtimal ki, bu, aramilərin israillilər üzərində qələbə çaldığını göstərən və elə aramilər tərəfindən ucaldılan abidənin bir parçasıdır.
Bir məqalədə yazılıb: «“Davud evi” yazısının öz skeptiki var... Bununla belə, çoxlu Müqəddəs Kitab alimləri və arxeoloqları Tel Dan daş parçasının Müqəddəs Kitabda adı çəkilən Davud padşahın tarixi şəxs olduğunu sübut edən ilk tarixi dəlil olduğunu asanlıqla qəbul edib. Bu, “Müqəddəs Kitabın arxeoloji icmalı”nda qeydə alınan Müqəddəs Kitabın ən mühüm arxeoloji tapıntılarından biri sayılır» («Bible History Daily»).