Kontentə keç

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Dülgər qarışqanın bığcığını təmizləmə mexanizmi

Dülgər qarışqanın bığcığını təmizləmə mexanizmi

 Təmizlik bir həşəratın uçması, dırmaşması və ətrafdakıları hiss etməsi üçün olduqca vacibdir. Məsələn, çirkli bığcıq qarışqanın hərəkətetmə, əlaqəqurma və iybilmə qabiliyyətlərini zəiflədir. Aleksandr Hakman adlı zooloq deyir: «Ona görə də siz heç vaxt çirkli həşərat tapmayacaqsınız. Onlar çirklənmiş xarici səthlərinin öhdəsindən necə gələcəklərini yaxşı bilirlər».

 Düşünün: Hakman və onun əməkdaşları dülgər qarışqanın (Camponotus rufifemur) öz bığcıqlarını təmizləmə mexanizmini tədqiq ediblər. Onlar aşkar ediblər ki, bu qarışqa bığcıqlarında olan müxtəlif ölçülü çirk dənəciklərini təmizləmək üçün ayağını bükərək bir növ sancaq yaradır və sonra hər bir bığcığı bu sancağın içindən keçirib çıxarır. Böyük çirk dənəciklərini sancaqdakı cod tüklər çıxardır. Nisbətən kiçik çirkləri isə daraq təmizləyir. Bu daraqda qarışqanın bığcıqlarındakı tükcüklərin eni boyda boşluqlar var. İnsan tükünün 80-də 1-i qədər olan ən kiçik çirkləri isə lap narın fırçanın tükcükləri çıxarır.

 Dülgər qarışqanın öz bığcıqlarını necə təmizlədiyinə baxın

 Hakman və onun əməkdaşları düşünür ki, qarışqaların öz bığcıqlarını təmizləmək üçün istifadə etdiyi mexanizm sənayedə tədbiq edilə bilər. Məsələn, eyni metodlar ən kiçik çirklənmənin nöqsanla nəticələnə biləcəyi həssas mirkoelektron elementlərin və yarımkeçiricilərin istehsalı zamanı təmizliyi qorumaq üçün yararlı ola bilər.

 Necə fikirləşirsiniz? Dülgər qarışqanın bığcıqlarını təmizləmək bacarığı təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?