Kontentə keç

Moment/Robert D. Barnes via Getty Images

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Kolibrinin dili

Kolibrinin dili

 Alimlər əvvəllər düşünürdülər ki, kolibrinin dili nektarı «kapilyar hadisələr» adlanan proses sayəsində çəkir, yəni maye təbii yolla dildəki nazik borucuqlarla yuxarı qalxır. Amma sonradan müəyyən olundu ki, bu quşlar nektarı çəkmək üçün «maye tələsi» adlanan daha mürəkkəb bir metoddan istifadə edirlər.

 Düşünün. Kolibrinin dili nektara daxil olanda üfüqi şəkildə iki dilciyə ayrılır. Hər dilciyin ucunda oyuq var. Oyuqlar adətən qapalı olur. Dilciklər mayeyə daxil olanda oyuqlar açılır. Bunun sayəsində kolibri nektarı mayeni borucuqla içməkdən daha sürətlə çəkə bilir. Dilini geri çəkəndə isə nektarla dolu dilciklərin ucları bağlanaraq içəri yığılır.

 Tədqiqatçılar Alexandro Riko Gevara, Ti Şı Fan və Marqaret Rubeqa qeyd edir: «Bütün bu proses saniyənin onda birindən də az vaxtda baş verir... Kolibrinin dili hər dəfə maye ilə təmasda olanda formasını tamamilə dəyişən bir cihaz kimi — dinamik maye tələsi cihazı kimi fəaliyyət göstərir».

 Üstəlik, bu kiçik quşlar həmin proses zamanı heç bir enerji sərf etmir. Dilciklərin ucları maye ilə təmasda olanda onlara təsir edən mürəkkəb qüvvələrə cavab olaraq bağlanır və yığılır.

 Tədqiqatçılar kolibrinin dilinin səmərəli maye çəkmə üsulundan tibb, robototexnika və başqa sahələrdə istifadə etməyi düşünürlər. Bu, maye və neft sızmasının qarşısını alan alətlərin istehsalında da istifadə oluna bilər.

 Kolibrinin dilinə baxın

 Necə düşünürsünüz? Kolibrinin mürəkkəb quruluşa malik dili təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?