Kontentə keç

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Pomelonun zərbəyədavamlı qabığı

Pomelonun zərbəyədavamlı qabığı

 Pomelo ağacda bitən böyük, şirin sitrus meyvəsidir. Meyvə 10 metrdən də çox hündürlükdən düşsə belə, əzilmir! Nəyin sayəsində bu meyvə zərbəyə davamlıdır?

 Düşünün: Tədqiqatçılar görmüşlər ki, pomelonun qabığının ağ rəngdə olan daxili qatı hüceyrələrdən və hüceyrələrarası məsafələrdən ibarət süngərə bənzəyir. Meyvənin içərisinə getdikcə hüceyrələr arasındakı məsafələr böyüyür. Bu məsafələr hava, yaxud maye ilə dolu olur. Meyvə ağacdan düşüb yerə çırpılanda həmin maye yastıq rolunu oynayır. Bu zaman pomelonun qabığı sıxılaraq sərtləşir və beləcə, qabıq enerjini udduğu üçün partlamır.

 Alimlər pomelonun qabığının quruluşundan ilham alaraq yaratdıqları zərbəyədavamlı metal köpükləri sınaqdan keçirirlər. Onların fikrincə, motosiklet dəbilqələrinin hazırlanmasında, həmçinin nəqliyyat vasitələrini zərbədən və kosmik stansiyaları meteoritdən müdafiə edən qoruyucu vasitələrin düzəldilməsində eyni strukturdan istifadə etmək olar.

 Necə fikirləşirsiniz? Pomelonun zərbəyədavamlı qabığı təkamül nəticəsində əmələ gəlib, yoxsa yaradılış möcüzəsidir?