Çoxarvadlılıq caizdirmi?
Müqəddəs Yazıların cavabı
Qədim zamanlarda Allah bir kişinin bir neçə arvad almasına bir müddət yol vermişdi (Tövrat, Yaradılış 4:19; 16:1—4; 29:18—29). Amma bunun təməlini qoyan Allah deyildi. O, Adəm üçün yalnız bir arvad yaratmışdı.
Allah elçisi olan İsa Məsihə nikah üçün əzəli qaydasını, yəni təkarvadlılığı bərpa etmək səlahiyyətini vermişdi (İncil, Yəhya 8:28). Bir dəfə nikahla əlaqədar ona verilən suala İsa peyğəmbər belə cavab verdi: «Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb və belə deyib: “Buna görə də insan öz ata-anasından ayrılıb arvadına bağlanacaq və ikisi bir bədən olacaq”» (İncil, Matta 19:4, 5).
Müqəddəs Yazıların digər ayəsində də deyilir: «Qoy hər kişinin öz arvadı, hər qadının da öz əri olsun» (İncil, 1 Korinflilərə 7:2). Allahın Kəlamında həmçinin qeyd olunur ki, Allaha ibadət edən və Onu razı salmaq istəyən kişi «bir qadınla evli olmalıdır» (İncil, 1 Timoteyə 3:2, 12).