Kontentə keç

Şeytan varmı?

Şeytan varmı?

Müqəddəs Yazıların cavabı

 Bəli, var. O, bu «dünyanın hökmdarı»dır. Allahın yaratdığı bu mələk sonradan Allaha qarşı üsyan qaldıraraq pis varlıq oldu (Yəhya 14:30; Efeslilərə 6:11, 12). Şeytanın əslində necə varlıq olduğu Müqəddəs Kitabda ona verilən adlardan və təsvirlərdən görünür:

  •   «Düşmən» mənasını verən Şeytan (Əyyub 1:6).

  •   «Böhtançı» mənasını verən İblis (Vəhy 12:9).

  •   Müqəddəs Kitabda «hiyləgər» mənasında istifadə olunan İlan (2 Korinflilərə 11:3).

  •   Sınağaçəkən (Matta 4:3, «Müqəddəs Kitab Şirkəti», 2009).

  •   Yalançı (Yəhya 8:44).

Şeytan pisliyin rəmzi və ya ürəyimizdəki pislik deyil

 Bəzilərinin fikrincə, Şeytan İblis sadəcə ürəyimizdəki pislikdir. Amma Müqəddəs Kitabda Allahla Şeytan arasında baş verən söhbət qeyd olunub. Allah kamildir, O, heç vaxt daxilindəki pisliklə söhbət edə bilməz (Qanunun təkrarı 32:4; Əyyub 2:1—6). Həmçinin Şeytan günahsız insan olan İsa peyğəmbəri də sınağa çəkmişdi (Matta 4:8—10; 1 Yəhya 3:5). Beləliklə, Müqəddəs Kitab göstərir ki, İblis real varlıqdır, sadəcə pisliyin rəmzi deyil.

 Çoxlarının İblisin varlığına inanmaması təəcüblüdürmü? Heç də yox, çünki Müqəddəs Kitabda deyilir ki, Şeytan öz məqsədilərinə çatmaq üçün hiyləyə əl atır (2 Saloniklilərə 2:9, 10). İnsanlar onun mövcudluğuna inanmasınlar deyə Şeytan bir çoxlarının zehinini kor etmişdir, bu, onun ən böyük hiylələrindən biridir (2 Korinflilərə 4:4).

Şeytan haqda mövcud olan digər yanlış fikirlər

  Səhv. Lüsifer İblisin başqa adıdır.

 Doğru. Müqəddəs Kitabın bəzi tərcümələrində «Lüsifer» kimi tərcümə olunan ibrani sözü «parlayan» mənasını daşıyır (Yeşaya 14:12). Kontekstə nəzər saldıqda görürük ki, bu söz təkbbürlüyünə görə Allahın alçaltdığı Babilin padşah sülaləsinə aiddir (Yeşaya 14:4, 13—20). «Parlayan» sözü Babil sülaləsinin devrilməsindən sonra ona qarşı iztehza ilə işlədilən sözdür.

  Səhv. Allah insanları sınamaq üçün Şeytandan istifadə edir.

 Doğru. Şeytan Allahın düşmənidir. O, Allaha ibadət edən insanlarla düşmənçilik edir və onların ünvanına ittihamlar yağdırır (1 Peter 5:8; Vəhy 12:10).