Hamiləliyin qarşısını alan vasitələrdən istifadə etmək düzgündürmü?
Müqəddəs Yazıların cavabı
Müqəddəs Yazılarda Allahın müasir xidmətçilərinə övlad sahibi olub-olmamaq barədə konkret göstəriş verilməyib. Allahın Kəlamında qorunma vasitələrindən istifadə edilməsi mühakimə olunmur. Bu məsələ ilə əlaqədar «hər kəs özünə görə Allahın qarşısında cavab verəcək» prinsipi tətbiq olunur (İncil, Romalılara 14:12).
Beləliklə, evli cütlüklər övlad sahibi olub-olmamaq seçimində azaddırlar. Həmçinin onlar dünyaya neçə uşaq gətirəcəklərinə və bunu nə vaxt edəcəklərinə özləri qərar verə bilərlər. Əgər ərlə-arvad arzuolunmaz hamiləlikdən qaçınmaq üçün aborta səbəb olmayan qorunma vasitələrindən istifadə etmək qərarına gəlibsə, bu, onların şəxsi işidir və qərarlarına görə özləri məsuliyyət daşıyırlar. Heç kəs onları mühakimə etməməlidir (İncil, Romalılara 14:4, 10—13).