Kontentə keç

17 FEVRAL 2014-CÜ İL
FİLİPPİN

Son vəziyyət: «Haiyan» supertayfunundan sonra Yehovanın Şahidləri qüvvələrini səfərbər ediblər

Son vəziyyət: «Haiyan» supertayfunundan sonra Yehovanın Şahidləri qüvvələrini səfərbər ediblər

MANİLA, Filippin. Supertayfun «Haiyan»ın Filippinə vurduğu böyük zərərin aradan qaldırılması üçün Yehovanın Şahidləri ardı kəsilməyən beynəlxalq yardım kampaniyası təşkil ediblər.

Yehovanın Şahidlərinin Maniladakı filialı fəlakətdən zərər çəkənlərə yardım işlərini sürətləndirmək məqsədilə beş yardım komitəsi yaradıb. Mərkəzi Filippinə 190 tondan çox humanitar yardım göndərilib. Ən azı, on ölkədən olan Yehovanın Şahidləri öz köməyini təklif edib. Könüllülər 2000-dən çox evin təmir edilməsində, yenidən tikilməsində kömək edir, eləcə də tibbi yardım göstərir.

Təxminən 225 adam hələ də Şahidlərin Kalbayoq (Samar adası) şəhərinin yaxınlığında yerləşən düşərgədə qurduqları çadırlarda yaşayır. Bura sığınanların təqribən 15—20 faizi Yehovanın Şahidi deyil.

İndiyə qədər baş vermiş ən güclü fırtınalardan biri olan «Haiyan» tayfunu nəticəsində ölənlərin sayı 6201-ə çatıb, 1785 nəfər isə hələ də itkin düşmüş hesab edilir. Təxminən 28000 insan yaralanıb, bir milyondan çox evə isə zərər dəyib. Yehovanın Şahidlərinin Filippin filialı təsdiqləyib ki, 33 Şahid ölüb, itkin düşən 10 nəfərin isə öldüyü ehtimal edilir.

Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Mark Sanderson təbii fəlakətin qurbanlarına baş çəkir.

2013-cü il dekabr ayının 7-si Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Mark Sanderson yeddi gün ərzində zərər dəymiş beş əyalətə baş çəkib. O deyib: «Filippinin bir çox sakinləri hələ də “Haiyan” tayfununun faciəvi nəticələrini hiss edirlər; lakin biz bundan sonra da fəlakətin qurbanlarına humanitar yardım göstərmək, işçi qüvvəsi ilə təmin etmək və təsəlli vermək niyyətindəyik».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: 17185605000

Filippin: Din Ceysek, tel.: +6324116090